Tramp Bayden kimi rusofob deyil - Puşkov
16:04
| Ana səhifə İqtisadiyyat |
|
Puerto-Riko qismən defolt olub.
Axar.az xəbər verir ki, ölkə 58 milyon dollarlıq kreditin yalnız 628 min dollarını ödəyə bilib.
Puerto-Riko hökuməti ötən həftə borcu ödəyə bilməyəcəklərini açıqlamış və bunun defolt kimi qiymətləndirilməsini istəmişdi.
Xatırladaq ki, Puerto-Rikonun qubernatoru Alexandro Qarsiya iyunda adanın 72 milyard borcu olduğunu bildirmiş, Obama administrasiyası isə Puerto-Rikonu böhrandan çıxarmaq üçün maliyyə yardımı etməyəcəkləri ilə bağlı rəsmi münasibətini ortaya qoymuşdu.
Qeyd edək ki, Qəraib dənizində yerləşən Puerto-Riko ABŞ-ın tərkibinə daxil olan ərazidir (amma anklavı deyil). ABŞ Konstitusiyasının tətbiq edildiyi və ali hakimiyyətin ABŞ Konqresinə aid olduğu Puerto-Rikanın özünüidarə hüququ var.
|
Tarix
2015.08.04 / 14:00
|
Müəllif
İlham Sahiloğlu
|