Yuxarı

Cavid Qurbanov İrana niyə getmişdi? - Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov İrana niyə getmişdi? - Şərh

Qərb ölkələrinin İrana qarşı sanksiyaları ləğv etməsi qərarı rəsmi Bakının da İran siyasətinə təsir edib. İrana səfər edən avropalı diplomatların sayı artıb. Fransa, Almaniya və Böyük Britaniya İranla iqtisadi və enerji əlaqələri yaratmaq istəyirlər. Bu prosesdə rəsmi Bakı da iştirak etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb. O, İranın Azərbaycan üçün potensial bazar olduğunu bildirib:

"Birincisi, Azərbaycan İrana qonşu ölkədir, iqtisadi və enerji əməkdaşlığı üçün ciddi zəmin var. İkincisi, İranda yaşayan azərbaycanlılar Tehranın Azərbaycanla sıx əməkdaşlığına lobbiçilik edəcəklər. Üçüncüsü, Qərb ölkələrinin böyük enerji şirkətləri Azərbaycan üzərindən İranla əməkdaşlıq etmək şansı qazanacaqlar. Məhz bu məqsədlə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev İrana səfər edib. İran Azərbaycan üçün böyük bazardır. Bu ölkəyə həm investisiya qoymaq olar, həm də enerji layihələrinin işlənməsində iştirak etmək olar. Azərbaycan öz mallarını İran üzərindən Fars körfəzinə daşıya bilər. Bunun reallaşması üçün isə şimal-cənub dəhlizi tikilməlidir. Təsadüfi deyil ki, Şahin Mustafayevlə birgə Tehranda Azərbaycanın Dəmir Yollarının rəhbəri Cavid Qurbanov da olub. Dəmir yolunun tikintisinin sürətləndirilməsi aktualdır. Bu, eyni zamanda, Rusiyanın da maraqlarına uyğundur. Bu dəhlizlə Rusiya, Çin, Mərkəzi Asiya və Avropa ölkələri öz mallarını İrana və Fars körfəzinə daşıyacaqlar. Şimal-Cənub dəmir yolu Azərbaycanın regional əhəmiyyətini və gəlirlərini artıracaq. Buna qədər Azərbaycanın Xəzərdəki Ələt dəniz limanı da tam tikiləcək. Yeni liman Çin və Mərkəzi Asiya ölkələrindən yük daşıyan gəmilərin gəlişinə hazır olacaq. Gələcəkdə İranın TANAP boru xətti ilə Avropaya qaz daşımaq mövzusu da Tehranla Bakı arasında müzakirə mövzusuna çevrilə bilər. Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlığa İranın Azərbaycan banklarında dondurulmuş 500 milyon dollar həcmindəki aktivlərinin bərpası da təsir edəcək. Bu maliyyə iki ölkə arasındakı ticarət həcminin artımına yönələcək".

Politoloq bildirib ki, iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması üçün rəsmi Bakı İrana tətbiq etdiyi vizanı ləğv etməlidir:

"Rəsmi Bakıdan daha bir addım tələb olunur. İran sanksiyaların ləğvindən sonra Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib. İran bunu ona görə edib ki, Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir. Eyni addımı rəsmi Bakı da atarsa, bu, iki ölkə arasındakı gediş-gəlişi artıracaq. Bu, Azərbaycana İrandan turist axınını da artıracaq. Rəsmi Bakı İranla bərabər Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı da ortadan qaldırmalıdır".

Qeyd edək ki, Tehran qaz nəqli ilə bağlı Azərbaycanla rəsmi danışıqlara başladığını ötən gün elan etdi.

Tarix
2015.08.11 / 09:19
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla