Yuxarı

Valyuta müharibəsi: Dollar pik həddə çatır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Valyuta müharibəsi: Dollar pik həddə çatır

Amerika iqtisadiyyatının müsbət tendensiya nümayiş etdirməsi dolların bahalaşmasına zəmin yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında dolların sürətlə bahalaşmasının qonşu ölkələrə və Azərbaycana təsirlərindən danışarkən iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, Amerika Mərkəzi Bankının sentyabrda faizləri qaldırması dolları daha da bahaşaldıracaq

"Dolların bahalaşması dünya ölkələrinin bazarlarına təsirsiz ötüşməyəcək. Neftin ucuzlaşması dollara olan tələbatı artırır. Çünki bir qayda olaraq dollarla satılan xammallar ucuzlaşdıqda bu valyuta avtomatik olaraq bahalaşır. Neftin və qızılın tendensiyasının ucuzlaşdığı bir vaxtda dollar ən aktiv rolunu oynayır. Bahalaşma nəticəsində hazırda bir sıra ölkələr ixraclarını stimullşadırmaq üçün öz valyutalarını ucuzlaşdırıblar. Valyuta müharibəsi demək olar ki, başlayıb. Qonşu ölkələrin valyutaları ucuzlaşmağa davam etsə də, Azərbaycanda hələ ki sabitlikdir. Ancaq ölkədə dollar alışı artır. Bu, yaxşı hal deyil".

İqtisadçı bildirib ki, Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması Azərbaycana daha çox mənfi təsir göstərəcək

"Rublun çökməsi Azərbaycana üç istiqamətdə təsir edəcək. Birincisi Rusiyada yaşayan miqrant azərbaycanlıların gəlirləri azalacaq. Müxtəlif hesablamalara görə, bu ölkədə iki milyon azərbaycanlı çalışır. Rublun dəyər itirməsi Rusiyadan Azərbaycana pul köçürmələrin də təsirsiz ötüşməyəcək. Bu isə ilk növbədə regionlara zərbə vuracaq. Çünki belə köçürmələrinin əksəriyyəti regionlara gedir.

İkincisi, Azərbaycandan Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının əsasını meyvə-tərəvəz təşkil edir. Rus rublunun çökməsi bu məhsulları bahalaşdıracaq ki, bu da rəqabət qabiliyyətini azalda bilər.

Üçüncü təsir isə Rusiyadan ölkəmizə gələn malların ucuzlaşmasından ibarətdir. Düzdür, bu, sosial baxımdan müsbət hal olsa da, iqtisadi baxımdan qonşu ölkənin məhsulları yerli malları qiymətinə görə sıradan çıxara bilər. Bir sözlə, Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması Azərbaycana mənfi təsirsiz ötüşməyəcək".

Tarix
2015.08.23 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla