Yuxarı

Kapital Bank daha 10 müştərinin aylıq kreditini ödədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.

Axar.az xəbər verir ki, 21 aprel tarixində lotereyanın 2-ci tirajı keçirilib və daha 10 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – http://www.bit.ly/3Ka30.

Lotereya aksiyası hələ də davam edir. 28 aprel və 5 may 2022-ci il tarixlərində keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 12 may 2022-ci il tarixində keçiriləcək son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək. Lotereyada iştirakınızı yoxlamaq üçün – https://bit.ly/3j5W1.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır, nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Tarix
2022.04.22 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla