Yuxarı

Banklararası kartlarla olan komissiya haqları azaldıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklararası kartlarla olan komissiya haqları azaldıldı

Bu gün depozitlərin 82 %-i bir ilədək olan əmanətlədir. Bu da bankların uzun müddətli biznes kreditləri verilməsinə mane olur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, fevral ayında vergi güzəşti vaxtı bitəndən sonra 30 minədək olan depozitlərin artım tempi azalıb: “Dəyişiklik layihəsində məhz bu seqmentin stimullaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin əmanətlərin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir”.

Taleh Kazımov qeyd edib ki, kapital bazarlarında 9 ayda fond birjası 37,1 % artıb: “Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. Sırf belə ödənişlərin sayı 2,3 dəfə artıb. Keçən həftədən banklararası kartlarla olan əməliyyatlara komissiya haqları azaldılıb”.

Tarix
2023.11.02 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla