Yuxarı

“Muğan Bank”a ləğvedici təyin edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Muğan Bank”a ləğvedici təyin edildi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən Muğan Bank ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Əmanətlərin Sığortalanması Fondundan Axar.az-a verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə Muğan Bank ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

"Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Muğan Bank ASC-nin ləğvedicisi təyin edilib"- ƏSF-nin açıqlamasında qeyd edilib.

Tarix
2023.11.02 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla