Yuxarı

Gələn il bu şəxslərin kreditləri silinəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il bu şəxslərin kreditləri silinəcək

2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bununla bağlı yaranan suallara iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov aydınlıq gətirib.

O bildirib ki, bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericilikdə öz əksini tapıb:

“Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Bu baxımdan, qeyd olunan prioritet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır”.

Tarix
2023.11.05 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla