Yuxarı

Nazirdən inflyasiya açıqlaması: İlin sonunda...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən inflyasiya açıqlaması: İlin sonunda...

Azərbaycanda 2023-cü İlin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir.

Axar.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi hökuməti narahat edən bir məsələdir və bu barədə Prezidentin xüsusi tapşırıqları olub.

Nazir qeyd edib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir:

"Gələn il isə cari ilin nəticələri ilə müqayisədə inflyasiyanın yarıbayarı olması gözlənilir. Burda təxminən söhbət 5,3%-lik inflyasiyadan gedir. Azərbaycanda inflyasiyanı yaradan faktorların böyük hissəsi xarici faktorlar idi. Hazırda xarici faktorlarda dəyişikliklər baş verir. O baxımdan idxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər artıq sabitləşəcək. Dövlət bu təsirlərin yumşaldılması istiqamətində, xüsusən də sosial sahədə bir sıra addım atıb".

Tarix
2023.11.06 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla