Yuxarı

Bankda pulu olanlara şad xəbər - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bankda pulu olanlara şad xəbər - Video

Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq.

Axar.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, millət vəkili Vüqar Bayramov Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərinə güzəştlər nəzərdə tutulduğunu bildirib.

Deputat bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxta yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.

Güzəştlərin 2024-cü ilin yanvarın 1-dən tətbiqinə başlanacaq.

“Vergi Məcəlləsində təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib”, – deyə deputat əlavə edib.

Tarix
2023.11.13 / 01:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla