Yuxarı

Banklar artıq köhnə dollarları almır? – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Banklar artıq köhnə dollarları almır? – Rəsmi

Azərbaycanda bəzi kommersiya banklarının 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina etməsinə dair məlumatlar yayılır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən açıqlamada ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyinin olmadığı bildirilib.

"Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”, - qurumdan bildirilib.

Ölkənin aparıcı banklarından olan “Kapitalbank”dan deyilib ki, bankın filialları köhnə dollar əsginaslarını da qəbul edir.

"Unibank"dan verilən məlumata görə, bankın filialları 2006-cı ildən əvvəl buraxılmış dollar əsginaslarını istənilən bank əməliyyatları üçün problemsiz qəbul edir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli isə bildirib ki, valyuta mübadiləsi bankların öz işidir:

"Banklar bu xidməti göstərməyə borclu deyil. Azərbaycanda dollar populyar valyuta olduğuna görə insanlara qəribə gəlir ki, onu manata dəyişmirlər. Lakin lirə və rublu da müəyyən banklar dəyişməkdən imtina edir. 2006-cı il və ondan əvvəlki dolları bank götürməyə bilər. Çünki dollar bizim milli valyutamız deyil. Ancaq banklar manatı dəyişməkdən imtina edə bilməzlər.

Hər hansı kommersiya bankı da zədələnmiş manatı götürməyə bilər. Amma Mərkəzi Bank belə pulları dəyişməyə məcburdur".

Qeyd edək ki, Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 2023-cü ilin yanvar-sentyabr aylarında 8,2 faiz artaraq (12,705 milyard manata çatıb). Əhalinin xarici valyutada olan bank əmanətləri 3,3 faiz azalaraq (4 milyard 453 milyon manat) əhalinin bütün əmanətlərinin 35,1 faizini təşkil edib (2022-ci ilin sonunda xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz təşkil edib).

Tarix
2023.11.14 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla