Yuxarı

Azərbaycanda hansı sahələrdə istehsal artıb?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda hansı sahələrdə istehsal artıb?

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd edilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 65,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz, tikinti materiallarının istehsalı 29,7 faiz, poliqrafiya məhsullarının istehsalı 28,9 faiz, içkilərin istehsalı 27,2 faiz, hazır metal məmulatlarının istehsalı 23,0 faiz, kağız və karton istehsalı 21,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, mebel istehsalı 9,5 faiz, neft məhsullarının istehsalı 9,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,1 faiz, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, əczaçılıq məhsullarının istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 3,8 faiz artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8 faiz, geyim istehsalı 12,3 faiz, sair sənaye məhsullarının istehsalı 13,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 faiz artmışdır.

Tarix
2023.11.14 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla