Yuxarı

"Mən Azərbaycanlıyam" müsabiqəsinin qalibləri

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mən Azərbaycanlıyam" müsabiqəsinin qalibləri

"Hicaz Production" və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyində 9 noyabr Bayraq Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam - Bədii qiraət" müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə açan "Hicaz Productionun" rəhbəri Ayaz Məmmədov tədbir iştirakçılarını salamlayaraq tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi.


Müsabiqədə 20 şagird növbə ilə ölməz şairlərin Vətənə, bayrağa aid şeirlərini səsləndirdi. Daha sonra Azad Şükürov, Sevda Teymurova, Əbdül Məcidli, Mahirə Yaqubova, Ərtoğrul Kamalov, Sahib Novruzov və Kamale Mirməcidlidən ibarət münsiflər heyəti 20 nəfər arasından ən yaxşı şeir oxuyan şagirdlərə 10 ballıq sistemlə səs verərək, ilk üçlüyü müəyyən ediblər.


Qaliblər və onların ifa etdikləri şeirlər isə belədir:


1. Bəxtiyar Vahabzadənin "Bayraq" şeiriylə Nuranə Babazadə;
2. Almas İldırımın "Əsir Azərbaycanım" şeiriylə Şirin Alpənahova;
3. Abbas Səhhətin "Vətən" şeiriylə Əliyev Qərib.


Qeyd edək ki, "Mən Azərbaycanlıyam - Bədii qiraət" layihəsi "Hicaz Production"un təşkilatçılığı, Mədəniyyət və İncəsənət Universiteti və H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar elmlər liseyinin dəstəyi ilə baş tutub.

Tarix
2013.11.09 / 16:38
Müəllif
Samir Aslan
Digər xəbərlər

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla