Bu erada vəziyyəti güc qaydası idarə edir - Prezident
16:20
| Ana səhifə Kult |
|
Şərqi Azərbaycanın Kəleybər şəhərində elat tayfalarının 24-cü festivalı keçirilib.
Axar.az İSNA-ya istinadla xəbər verir ki, festivalda idman və mədəniyyət sahəsində elat-əşayirlərin həyat tərzini əks etdirmək üçün müxtəlif proqramlar icra olunub. Atıcılıq, at sürmə, güləş, ipçəkmə və qaçış kimi idman növləri üzrə yarışların həyata keçirildiyi festival yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.
Festival Kəleybərin Abış Əhməd məntəqəsinin Nəcəf Tərəkəmə kəndində keçirilib.
|
Tarix
2017.05.08 / 11:46
|
Müəllif
Aytac Qədirova
|