Yuxarı

Şaxta baba və Qar qız ilk dəfə harada yaranıb? - Maraqlı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaxta baba və Qar qız ilk dəfə harada yaranıb? - Maraqlı

2018-ci təqvim ilinin astanasındayıq. Bir neçə gün sonra bütün dünya yeni ili qarşılayacaq. Yeni il bayramının əsas atributlarından biri də Şaxta babadır. Şaxta babanın varlığına ən çox inananlar isə uşaqlardır. Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınır. Ancaq müxtəlif xalqların dilində fərqli adlarla çağırılan Şaxta babanın ilk dəfə indiki missiyasına nə vaxt başlaması və onun kimliyi çoxlarına məlum deyil.

Kult.az Şaxta baba ilə bağlı maraqlı məlumatı təqdim edir:

Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırırlar.

Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Böyük Britaniyada Faze Kristmas, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Norveçdə Yulebukk, Türkiyədə Noel Baba, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, İsveçdə Yultomten, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh adlandırılsa da, bu adlardan dünyada ən çox populyar olanı Santa Klausdur.

Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsi ilk dəfə Almaniyada yaranıb. Bu inanc əksəriyyəti protestant məzhəbindən olan Avropa xristianları arasında sürətlə yayılıb.

Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.

Tarix
2017.12.31 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla