Yuxarı

142-ci teatr mövsümü Şəkidə açılır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
142-ci teatr mövsümü Şəkidə açılır

Sentyabrın 10-19-u tarixlərində Şəkidə Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə I Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Axar.az xəbər verir ki, festival Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18.05.2009-cu il tarixli 277 nömrəli Sərəncamı əsasında təşkil edilir.

Festival çərçivəsində respublikanın 12 teatrı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı 12 tamaşa ilə çıxış edəcək.

Festivalda həmçinin Kalmıkiya Milli Dram Teatrının və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının kollektivləri iştirak edəcəklər. Tamaşalar iki məkanda oynanılacaq - Şəki Dövlət Dram Teatrında və Şəkidəki "Amfiteatr"da.

Şəki Beynəlxalq Teatr Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub.

Tarix
2014.09.08 / 18:14
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla