Yuxarı

Bakıda avtobusda hindli cütlüyün romantik anları - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanlı ər-arvad özəl günlərini Bakıda sərnişin daşıyan 170 nömrəli avtobusda qeyd ediblər. Avtobus cütlük üçün xüsusi bəzədilib.

Xəzər xəbər-in məlumatına görə, sanki sərnişin avtobusu özəl bir gün üçün romantik şəkildə bəzədilmiş restorandır.

Cütlüklər bu dəfə evlilik ildönümünü qeyd etmək üçün fərqli yola əl atıblar. Hindistanlı ər-arvad özəl günləri üçün hansısa bahalı məkanı deyil, Bakıda sərnişin daşıyan 170 nömrəli avtobusu seçiblər.

Qulati və Ayan cütlüyü özəl günlərini qeyd etmək üçün Bakıya üz tutublar. Onlar Bakıda fəaliyyət göstərən şirkətlərdən biri ilə əlaqə saxlayıb və şəhər turu üçün romantik bəzədilmiş avtobus istəyiblər. 170 nömrəli marşurut xəttində olan avtobuslardan biri bu formada hazırlanıb

Qeyd edək ki, bu hindistanlı cütlüklərin Bakıda keçirdikləri ilk özəl günləri deyil. Hələ bir müddət əvvəl digər hindistanlı çütlük Bakıda özlərinə dəbdəbəli toy etmişdilər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hindli turistlərdən bu kimi təkliflər tez-tez gəlir. Hind adətlərində əlamətdar günləri daha çox xaricdə keçirməyə üstünlük verilir.

Ekspert deyir ki, bu kimi tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır. Çünki xaricdə olan bir hindlinin toyuna azı 100 nəfərlik qurup gəlir. Bu isə bir növ turist axınının artmasına gətirib çıxarır.

Hindistanlılarla yanaşı, ərəb ölkələrindən gələn turistlər də özəl günlərini Bakıda keçirməyə üstünlük verirlər.

Tarix
2019.04.21 / 00:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla