Yuxarı

ADU-da İsraillə bağlı “Səmavi dinlər” sərgisi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda dinlər və multikultural yanaşma” seminarı çərçivəsində İsrail dövlətinin tarixini əks etdirən “Səmavi dinlər” sərgisinin açılış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla sərginin açılışında iştirak edən İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı universitetdə görməkdən şad olduğunu bildirib. Rektor sərgidə nümayiş olunan materialların Los-Ancelesdəki Simon Vizuntal Mərkəzinin əməkdaşı Ravin Kupper tərəfindən göndərildiyini deyib.

Rektor ölkənin başqa universitetlərinə də bu sərginin həyata keçirilməsi üçün təkliflər olunacağını bildirib. Universitet rəhbəri sərgini İsrail xalqına böyük məhəbbətin nümayişi olduğunu deyib.

Səfir ADU-da olmaqdan məmnunluğunu ifadə edib. O, İsrail dövləti ilə bağlı adət-ənənəni davam etdirmək, tarixini daim yad etmək, xüsusilə Holokost faciəsinin anılması üçün yaratdığı şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Azərbaycanın da azadlıq uğrunda böyük itkilər verdiyini deyən səfir bu gün ADU-nun yəhudi faciəsinə laqeyd qalmamasını yüksək dəyərləndirib. Səfir sərginin İsrail dövlətinə məxsus məqamları əks etdirməklə böyük miqyasa malik olmasından şad olduğunu dilə gətirib.

Daha sonra sərgiyə baxış keçirilib, ADU-nun Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının müdiri İrina Kunina qədim yəhudi mədəniyyəti və İsrail dövləti haqqında məlumatları əks etdirən stendlər haqqında məlumat verib.

Sərgi bir həftə müddətində davam edəcək.

Tarix
2019.05.23 / 22:57
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Onlar İlham Əliyevi təbrik etdi

Sülh üçün nadir fürsət var - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla