Yuxarı

Kamal Abdullaya "İlin ən yaxşı rektoru" mükafatı verildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullaya "İlin ən yaxşı rektoru" mükafatı verildi - Foto

Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullaya “İlin ən yaxşı rektoru” mükafatı təqdim olunub.

Kult.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” səhifəsinin rəhbəri Zöhrab İsmayıl həyata keçirilən səsvermə haqqında məlumat verib.

O bildirib ki, xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub.

Tədris ili ərzində Kamal Abdullanın sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə ilə rekord vurub. Ümumi yazılan şərhlərin sayı isə beş min olub: “Bu, Azərbaycan Dillər Universietinin rektoruna olan yüksək ictimai münasibətin nəticəsi və göstəricisidir. Qeyd edim ki, sorğuda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib”.

Ali təhsil ocağının rəhbəri onun fəaliyyətini qiymətləndirən hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, bu, təkcə ona yox, bütün universitet kollektivinə verilən qiymətdir.

Tarix
2019.06.14 / 18:34
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyəyə qarşı sensasion plan işə düşdü - Müharibə başladı

Efiopiya ilə bir sıra sənədlər imzalandı

Şuşanı “təhvil verən” general hər şeyi danışdı - Video

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

Milli Məclisin növbəti plenar iclası başladı

İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü...

Paşinyandan ayrılan Anna qızıllarını göstərdi - Video

Onları Prezidentlə xanımı qarşıladı

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla