Yuxarı

Antik Heraklion şəhəri məbədinin qalıqları tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız tədqiqatçısı Frank Qodyonun rəhbərlik etdiyi beynəlxalq sualtı ekspedisiya Aralıq dənizində batmış antik Heraklion şəhərinin məbədinin qalıqlarını tapıb.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, ekspedisiyanın məlumatında deyilir: “Misir və Avropa tədqiqatçıları son ekspedisiya zamanı böyük məbədin xarabalığını, habelə sikkələr və zərgərlik məmulatları olan bir neçə gəmi aşkar ediblər. Qodyo başda olmaqla, arxeoloqlar Heraklion xarabalıqlarını 20 il əvvəl tapıblar və hesab edirlər ki, indi aşkar edilən tapıntılar bu şəhərin ən böyük ibadət yeri olan Amon Qarp məbədinin sütunlarıdır. Bundan başqa, daha kiçik olan qədim yunan məbədinin xarabalığı da aşkar olunub”.

Eyni zamanda, arxeoloqlar batmış gəmilərin göyərtəsində çar II Ptolemeyin bürünc sikkələrini, habelə keramika, zərgərlik məmulatları və qabları aşkar ediblər. Qeyd olunur ki, bu tapıntılar dənizin dibində obyektləri ayırd edən mürəkkəb skan alətlərinin sayəsində mümkün olub.

Heraklion Nil çayının mənşəyində yerləşən antik şəhər olub. Eramızdan əvvəl 550-331-ci illərdə Makedoniyalı İsgəndərin fəthindən əvvəl bu şəhər ölkənin ən mühüm limanı olub. VIII əsrin sonlarında zəlzələ və sunami nəticəsində dağılan Heraklion daha iki şəhərlə birlikdə suyun altında qalıb. Şəhərin dənizin dibində qalmış xarabalığı İsgəndəriyyədən 6 kilometr aralıdadır. Alimlər Heraklion limanında arxeologiya tarixində antik gəmilərin ən böyük qəbiristanlığını – 64 gəmini tapıblar.

Sualtı arxeoloji ekspedisiya Avropa Sualtı Arxeologiya İnstitutu, Oksford Dəniz Arxeologiyası Mərkəzi tərəfindən İsveçrənin Hilti fondunun və Misirin Qədim Abidələr Xidmətinin dəstəyi ilə təşkil olunub.

Tarix
2019.08.01 / 21:43
Müəllif
Kult.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla