Yuxarı

Qədim insanlarla bağlı inanılmaz: Belə olmuşuq... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları təxminən 50000 il əvvəl yaşamış və “denisov” adlandırılan sirli insan növünə aid bir gənc qadının üzünü canlandırıb.

Teleqraf.com xəbər verir ki, yaxın zamana qədər "denisov" adıyla tanınan qədim insanın varlığına aid yeganə dəlil bir barmaq sümüyündən əldə edilmiş DNT və Sibirdə - Altay dağlarında aşkar olunan üç diş idi.

İndi isə araşdırmaçılar əldə edilmiş DNT əsasında gənc denisovlu qadının portretini yaradıb. Lakin digər araşdırmaçılar bunun üçün istifadə olunan metoda şübhəylə yanaşır.

Neandertallar kimi denisovlar da homo sapienslə cütləşmiş və nəsli tükənmiş insan növüdür. Bu gün Asiya və Avstraliyada bəzi insanların genetikasında denisovların DNT-nə rast gəlinir, lakin biz qədim qohumlarımız haqda çox az şey bilirik.

Liran Karmel və həmkarları bu sirli insan nəslinin görünüşünü kobud formada təmsil edən bir portret hazırlamaq üçün denisov DNT-dən istifadə edib.

Karmel bu haqda belə deyib: “Hazırladığımız portretin xüsusi özəllikləri var. Sadəcə bəlli bir fərdin yox, bir insan nəslinin üzünü yenidən inşa edirik”.

Qədim insanların DNT əsasında hansı görünüşdə olduğunu öyrənmək üsulu uzun illərdir müzakirə mövzusudur. Con Havksa görə, bu üsulla hansısa bir fərdin sümük morfologiyası haqda ehtimal irəli sürmək çox çətindir. Lakin Karmel və həmkarları denisovların görünüşünü təxmin etmək üçün genlərin DNT-sini araşdırmaq əvəzinə, bu genlərin nə qədər aktiv olduğunu araşdırır.

Hüceyrələrdəki genlər bağlandıqda metil qrupları adlandırılan epigenetik etiketlər DNT-lərə daxil edilir. Araşdırmaçılar bu etiketlərin qədim DNT-yə necə əlavə olunduğunu müəyyənləşdirmək üçün bir yol tapıb.

Araşdırmaçılar qədim barmaq sümüyündəki minlərlə metilizasiya nümunəsini müasir insanlar və şimpanzelərin sümük hüceyrələri ilə müqayisə edərək, denisov nəslində bəlkə də fərqli olan minlərlə gen aşkar edib. Bundan sonra Karmel və həmkarları mutasiyanın müasir insanlarda bu genləri zərərsizləşdirdikdə nə baş verdiyinə bağlı olaraq, bu dəyişikliklərdən hansının sümük formasına təsir edəcəyini müəyyənləşdirməyə çalışıb.

Nəticədə denisovlu sümyünün inkişafının müasir insandan nə qədər fərqli ola biləcəyini müəyyən etmək üçün bu tapıntıdan istifadə edilib. Metod sümüklərin hansı formada fərqləndiyini desə də, nə qədər fərqləndiyini demir. Məsələn, denisovların alt çənələrinin neandertallardan daha geniş olduğunu deyir, amma hansı həcmdə geniş olduğunu demir.

Şila Atreya aparılan araşdırma haqda bunları deyir: “Xeyr, bu bizə Altayda yaşamış fərdlərin nəyə oxşadığı haqda bir fikir vermir. Bu portret başımı giclləndirəcək qədər çox olan ehtimallardan biridir”.

Tarix
2019.09.21 / 20:13
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla