Yuxarı

Atama görə mənə rol vermədi: Rektor Adilə dedi ki... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə sual verirlər ki, niyə filmə az çəkilmisən? Cavabım budur: şəxsi münasibətlər incəsənətdə, idmanda olmamalıdır. Bəzilərinin, xüsusən rəhbərlik edən müəyyən şəxslərin mənə şəxsi münasibəti elə idi ki... Sizə bir hadisəni danışım, özünüz nə dediyimi başa düşəcəksiniz.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti Rafael Dadaşov ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində deyib.

R.Dadaşov bildirib ki, mərhum aktyor, rejissor Adil İsgəndərov onun sənət fəaliyyətinə mane olub:

"1967-cı ildə mən universitetə daxil olanda qəbul komissiyasında mərhum Adil İsgəndərov da var idi. Mən içəri girəndə baxıb dedi ki, sən nahaq gəlmisən, get. Mən də kor-peşman çıxdım. Universitet rektoru Rahib Hüseynov məni görüb dedi ki, imtahanı verdin? Dedim, yox. Soruşdu ki, niyə? Cavab verdim ki, Adil müəllim mənə dedi, çıx get. Sonra məni yenidən çağırdılar, Rahib müəllim də orada oturmuşdu. Beləcə, məni qəbul etdilər.

Üçüncü kursda bir hadisə olmuşdu. Rahib müəllim dedi ki, Adil İsgəndərov səni universitetə götürmürdü, ona dedim, kişi ol, atanın acığını övladdan çıxma! Bax mən onda bildim ki, məni niyə filmə az çəkirlər. Axı Adil müəllim ondan sonra Kinostudiyanın direktoru oldu. Həm də uzun illər. Məni instituta götürməyən adam qoyarmı filmlərə çəkilim?! "Dəli Kür" filmində Şamxalı oynamalı idim, qoymadılar. "Qayınana" filmində də rol almalı idim, icazə vermədilər".

Rafael Dadaşov atası Məlik Dadaşovla Adil İsgəndərov arasında hansı problemin olması haqda suala cavab verməyib.

Tarix
2019.11.24 / 21:48
Müəllif
Aqşin
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla