Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2019


Rusiya, erməni mahiyyəti budur, bax! - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum Qriboyedov məsələsində ermənilərin vandalizm hərəkətləri bir çox qaranlıq məqamlara işıq saldı. Məsələ burasındadır ki, biz və bütün dünya Aleksandr Sergeyeviç Qriboyedovu dahi rus ədəbiyatçısı və istedadlı diplomat kimi tanıyırıq, məhz bu səbəbdən dünən İrəvanda bu şəxsiyətin abidəsinin təhqir olunma faktı birbaşa olaraq Rusiyaya qarşı, Armavirdə Qaregin Njdenin şərəf lövhəsinin dağıdılmasına cavab olaraq atılmış addım kimi qəbul olundu.

Bu, dünənki qalmaqalın görünən tərəfi. Qaranlıq məqamlar isə bir az tarixə nəzər saldıqda üzə çıxmış olur. Belə ki, Qriboyedov öz diplomatik missiyası zamanı Rusiyadan daha çox ermənilərə kömək edib. Məhz Qriboyedov qədim Azərbaycan torpaqlarında Ermənistan dövlətinin qurulmasında müstəsna rol oynayıb, ermənilərin Azərbaycana – Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürülməsi prosesində aktiv iştirak edib, onlara Azərbaycan mülkədarlarının torpaqlarının verilməsinə nail olub.

Tarixi fakt: Qriboyedov 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bu müqavilənin imzalanmasından sonra rusiyalı polkovnik Lazarev ermənilərin köçürülməsi işinin Qriboyedova tapşırılması ilə əlaqədar olaraq, 1828-ci il fevral ayının 14-də Paskeviçin qarşısında vəsatət qaldırır. Artıq 1828-ci ildə Naxçıvan, İrəvan və Qarabağda yeni bir inzibati mərkəz – “erməni vilayəti” təşkil edilir. Minlərlə erməni ailəsi Azərbaycana köçürülür.

Erməni köçünün təşəbbüskarlarından olan Qriboyedov həmin illərdə yazırdı: “Ermənilər ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqdılar. Biz bunu dəfələrlə götür-qoy etmişdik. Erməni ailələri daha rahat yaşamaları üçün isə varlı müsəlmanların (azərbaycanlı torpaq sahibləri nəzərdə tutulub - Ə.M.) torpaqlarına köçürülürdü”.

Bu faktlara nəzər saldıqda Qriboyedovun erməni xalqı üçün etdiklərini ermənilərin simasında görməmək üçün ya kor olmaq, ya da NANKOR olmaq lazımdır. Bu sözün niyə böyük hərflərlə yazıldığını isə sonda anlayacaqsınız.

İndi isə tarixi faktlarla yazımıza davam edək:

“Əziyyət çəkdim, günlərlə quyu qazdım, amma su içmək nəsib olmadı” - yapon atalar məsələsində deyildiyi kimi, Qriboyedov da ermənilər üçün çox yaxşılıq etdi (azərbaycanlıların əleyhinə olmaqla), amma nəticədə illər sonra şahidi olduğumuz “heykəl vandalizmi” məsələsində deyil, hələ özü sağkən bu xalqın nümayəndələrinin çirkin əməlləri ilə üzləşdi.

Qriboyedovun rus imperatoruna yazdığı məktubdan:

“Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və “bura bizim qədim dədə-baba torpağımızdır” deyəcəklər”.

Qriboyedovun saglığında, bizim isə Qarabağ məsələsində gördüyümüz həqiqətləri Rusiya indi-indi gözündən “çəhrayı eynəyi” çıxararaq görür. Görür və dəhşətə gəlir...

Qayıdaq NANKOR sözünün bu mətndə olan “böyük roluna”. Biz azərbaycanlılar erməniləri öz ata-baba torpaqlarımızda doğmalarımız kimi qəbul etdik. Onlar bizim çörəyimizi yedi, suyumuzu içdi, kef elədi, çoxaldı... Onları balalarımıza kirvə etdik, yaxın olduq... Qarşılığında isə həmin o ermənilər bizə qarşı etnik təmizləmə siyasəti yürütdü, sonradan isə ana-bacılarımızı uf demədən qırdı, körpə balalarımızın gözlərini mizlə çıxardı, torpağımızı da əlimizdən aldı...

Nankorluq DNT-lərində, qanında olan bu millətin törəməsi olan bir gəncin bu gün rus şairinin heykəlinə qarşı vandal hərəkətlər etməsi heç də “qeyri-adi” rubrikasına aid deyil. Bu, açıq-aşkar ruslara “ayılın” mesajıdır! Kim Qriboyedov və azərbaycanlılardan çox onlara yaxşılıq edib ki? Axırı nə oldu? Birinci İranda doğram-doğram olundu, bizim isə milliyonlarla soydaşımızın kökü kəsildi...

Ruslara arxadan bıcaq vurmaq ermənilər üçün, onların ata-analarına qucaq açan millətin əl-ayağını kəsməkdən məgər çətin olacaq?

Sonda amerikalı yazıçı Deyl Karneginin bu misralarını yada salmaq yerinə düşərdi: “Nankorluq gördükdə peşmançılıq çəkməkdənsə, vaxtında yaxşılıq edəcəyin şəxsi araşdır və hazır ol”.

Araşdırmaq, hazır olmaq zamanıdır, Rusiya...

Tarix
2019.12.03 / 14:22
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Leyla Əliyeva Britaniyanın təşkil etdiyi tədbirdə - Foto

"Xaç atası"nın məşhur aktyoru öldü - Foto

Azərbaycanı bölmək istəyən mikroblar kimlərdir? - Foto

Moskvada Yunus Əmrənin büstü qoyulacaq

Leyla Əliyeva Heydər Əliyevi belə andı – Video

Yox olmaq astanasına gəlib çıxmış ölkə... - Kamal Abdulla

Heydər Əliyevlə bağlı roman-tədqiqatın təqdimatı oldu - Foto

Tiflisdən Azərbaycan mədəniyyət ocaqları ilə bağlı - Qərar

Xalq yazıçısı İtaliya səfiri ilə görüşdü - Foto

Prezidentdən sərəncam: Alman məskənlərinin 200 illiyi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla