Yuxarı

Kazımlıdan qızı haqda heyrət doğuran sözlər...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kazımlıdan qızı haqda heyrət doğuran sözlər...

Ötən il MM-in komitə iclasındakı büdcə müzakirəsi zamanı rabitəsiz nitqi ilə ölkəyə səs salan və adını “Yutub tarixi”nə yazdıran deputat Xanhüseyn Kazımlı dünən daha bir heyrət doğuran açıqlama verib.

Məlumunuz olduğu kimi, X.Kazımlının qızı Əsli Kazımova deputatlığa namizədliyini 80 saylı dairədən irəli sürüb. Və DSK-ya təqdim etdiyi sənəddə bankda işlədiyini qeyd edib (Fotoskrini təqdim edirəm, aşağıya baxarsınız, bir zəhmət). Xanhüseyn müəllim isə ayağını yerə dirəyib ki, yox e, qızım bankda işləmir, müəllimdir, elmlər namizədidir.

Bundan sonra Əsli xanım özü də qəfildən şübhəyə düşüb ki, bəlkə mən doğrudan da müəlliməm, xəbərim yoxdur?!

Məxləs, Xanhüseyn Kazımlının qızı ilə bağlı bu qarışıq, ziddiyyətli açıqlamasından sonra məlum oldu ki, o, necə danışırsa, eləcə də yaşayır.

Əgər 15 faizdən artıq büdcənin təsir göstərirsə, deməli, dəyərli Əsli xanım da iqtisadçı olsa da, müəllimdir. Xanhüseyn müəllim bunu demək istəyir də!

Hələ bu harasıdır.

Kazımlı bəy bir qədər 1981-ci il təvəllüdlü qızı Əsli xanımın 1992-ci ildən iqtisad elmləri üzrə fəlsəfə doktoru olduğunu hətta Prezidentə ünvanlandığı məktubda yazmışdı.

Hə, 11 yaşlı fəlsəfə doktoru...

Bu mənada deyə bilərik ki, Xanhüseyn Kazımlı zamansızlıq parametrlərində yaşayan bir insandır. O, zaman və məkan tanımır, fəzada sükunətdədir.

Gəlin soyuq başla sabiq deputatımızın qızı haqda iki böyük yanlışını konkretləşdirək:

1. Əsli xanım bankda işləyir, sabiq deputat isə deyir ki, qızım müəllimdir.

2. Əsli xanımın 11 yaşında iqtisad elmləri üzrə fəlsəfə doktoru olması...

Yəni Xanhüseyn Kazımlı qızı Əsli xanımın deputatlığa namizəd olması haqda müəyyən şeyləri səhv deyir.

Ancaq xatırlayın, o, əvvəlki çıxışında bizə nə demişdi?! Demişdi ki, “səhv danışıramsa qulaq asın”.

Kişi sözünü əvvəlcədən deyib də, nə hay-həşir salmısız? Səhv deyir, qulaq asaq da.

Hər şeydən əvvəl onu deyək ki, Xanhüseyn müəllim səmimi insandır, çünki o danışdığı kimi yaşayır...

Tarix
2020.01.15 / 16:17
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla