Yuxarı

"Məşədi İbad"ın Gülnazı vəfat etdi: Harada dəfn olunacaq?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günorta saatlarında “O olmasın, bu olsun” filmində Gülnaz obrazı ilə tanınan aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Kult.az xəbər verir ki, aktrisanın bacısı qızı Teleqraf.com-a açıqlamasında Tamara Gözəlovanın xərçəng xəstəliyindən vəfat etdiyini deyib.

"Bu gün günorta saatlarında dünyasını dəyişdi. Döş xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2000-ci ildən müalicə alırdı. Heç nə danışa bilmirdi. Bir kəlimə deyə bilmədi. Bir ay idi ki, vəziyyəti pis idi. Vida mərasimi olmayacaq, icazə yoxdur. Əhmədli qəbiristanlığındə dəfn ediləcək".

T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Tamara Gözəlova AzTV-də diktor kimi də fəaliyyət göstərmişdi.

Tarix
2020.05.08 / 16:56
Müəllif
Kult.az
Digər xəbərlər

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla