Yuxarı

Bəhlulzadənin muzeydəki əsəri saxtadır? - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi media resurslarında Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərinin orijinallığına dair yer alan iddialar əsassızdır.

Bu barədə Kult.az-a Azərbaycan Milli İncəsənət Muzeyindən məlumat verilib.

Bildirilib ki, 18 minədək sənət nümunəsinin mühafizə edildiyi muzeyin zəngin kolleksiyası çeşidli və əhatəlidir:

“Muzeydə dünya incəsənətinin müxtəlif dövr və geniş coğrafiyasını əks etdirən qiymətli və nadir incilər, o cümlədən milli bədii mədəniyyətimizin “qızıl fondunu” təşkil edən əsərlər saxlanılır.

Ölkənin mədəniyyəti və ictimai həyatı üçün önəmli işlərin davamlı şəkildə görüldüyü bir məkan barəsində son zamanlar biri sıra media resurslarında əsassız materiallar səsləndirilməkdədir. Bu cür kölgə salan fikirlərin qarşısını almaq və qurumun fəaliyyətinin açıq və şəffaf olduğunu nümayiş etdirmək məqsədilə muzeydə qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədini daşıyan geniş tərkibdə komissiya təşkil edilib.

Komissiya Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, MEA-nın həqiqi üzvü Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibinə Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının rəngkarlıq bölməsinin müdiri Tofiq Ağababayev, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan üzrə Milli komitəsinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Xalq rəssamı, rəngkar Cəlil Hüseynov, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının bölmə müdiri Arif Hüseynov, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Professor Çingiz Fərzəliyev, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, rəngkar Səlhab Məmmədov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi araşdırmalar şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev, Əməkdar rəssam, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov, Əməkdar mədəniyyət işçisi, Elmi bərpa mərkəzinin müdiri Zərifə Məlikova, Əntiq əşyalar üzrə ekspert Şahin Orucovdan ibarət olub.

Komissiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan, o cümlədən rəssam Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin monitorinqi keçirilib. Monitorinq zamanı, müəyyən edilib ki, əsərlərin hamısı muzeyin inventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır. Onların saxlanılma şəraiti və vəziyyəti yüksək dəyərləndirilib, əsərlərin orijinallığı təsdiqlənib.

Bundan sonra göstərilənləri nəzərə alaraq qeyd edilən komissiyanın üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilib. Protokolda bildirilir ki, 27 may 2020-ci il tarixində bəzi media resurslarında ölkənin aparıcı muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərinin orijinallığına dair yayılan iddialar əsassızdır və onlar həqiqəti obyektiv əks etdirmir.

Gələcəkdə Azərbaycan Milli İncəsənət Muzeyi barədə məlumatın mediada paylaşılmasından öncə müvafiq dəqiqləşdirmələrin aparılması üçün birbaşa muzeyə müraciət olunması tövsiyə olunur”.

Tarix
2020.06.05 / 17:18
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla