Yuxarı

Ermənilərin Şeyxə əxlaqsız hücumu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada iki cür sonsuzluq var: birincisi, fəza sonsuzluğu, ikincisi isə erməni həyasızlığının sonsuzluğu. Yəni erməni həyasızlığının, böhtanının, ikiüzlülüyünün sonu yoxdur və bu millət hər zaman öz dəhşətli əxlaqsızlığı, həyasızlığı ilə adamı heyrətə gətirə bilər.

Bəşər tarixi belə millət görməyib. Erməniləri ifadə etməyə lüğətdə söz tapa bilmirəm.

Bu həyasız-abırsız toplum indi də Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə haqda qaralama kampaniyasına başlayıb. Səbəb isə Şeyxin Nobel Sülh Mükafatına namizədliyinin qeydə alınmasıdır.

Ermənilərin Şeyxi “antierməni”, “millətçi” adlandırmasını başa düşmək olar – düşməndir, təbliğat aparır. Lakin düşmənin onun haqqında “narkobaron”, “qanunsuz beynəlxalq ticari əməliyyatlarda adı keçən” və s. ifadələrini işlətməsi əxlaqsızlığın sonsuzluğudur.

Təbii ki, ermənilər nə islam dininə hörmət qoyur, nə də onun mənsublarına; nə müqəddəslik tanıyır, nə haqq. Ancaq Şeyxin ermənilərə nifrəti ilə bağlı bir cümləyə rast gəlmək olmaz axı!

Ümumiyyətlə, Qarabağdakı məscidləri donuz tövləsinə, münbit sahələri narkotik plantasiyalarına çevirən ermənilərin Şeyx haqqında belə iddialar səsləndirməsinin adı yoxdur.

Hakerlərimiz tez-tez işğal altındakı Qarabağdan videolar yayırlar. Bu videolarda Qarabağdakı terrorçu rejimin polislərinin belə narkotik satdığı aydın görünür. Yəni ermənilər narkobaron axtarırlarsa, öz ətraflarına, “lider”lərinə yaxşı-yaxşı baxmalıdırlar.

Əli minlərlə müsəlmanın qanına batmış toplumun Şeyxi ləkələməyə çalışması misilsiz həyasızlıqdır. Bu, gör nə qədər debil, reallıq hissini itirmiş bir qəbilədir ki, mömin bir adamı narkobaronluqda günahlandırmağa çalışır. İstiunad elədiyi “fakt” da rüsvayçılıqdır, media adına ləkədir. Məsələn, Astarada hansısa narkotik alverçisini Azərbaycan hüquq-mühafizə orqanlarının yaxalamasını xatırladır, sonra da bildirir ki, Astara keçid məntəqəsi Şeyxin nəzarətindədir, Şeyxin İranla da münasibəti yaxşıdır, “ola bilsin ki” Şeyx Allahşükür Paşazadənin bu narkotik qaçaqmalçılığında əli olsun.

Böhtanın “ola bilsin ki” şarlatanlığını təsəvvür etdinizmi?

Digər tərəfdən, Qarabağda məscidlərə donuz bağlayandan sonra İran mollaları ilə ağız-ağıza öpüşən, cənub qonşumuzla “mənəvi qardaşlıq” edən sizsiniz: İranın narkoticarəti rəsmi şəkildə dəstəkləyən ölkə olduğuna buna görəmi tam əminsiniz?

Bu azmış kimi, A.Paşazadənin adının “qanunsuz işlərdə hallandığını” da iddia edirlər. Fakt?

Fakt olsa, erməni olmazlar ki!

Dini liderlərlə bağlı zaman-zaman müxtəlif şayiələr ortaya atılır. Hətta Roma Papasını pedofilyada ittiham edənlər də tapılıb. Maraqlıdır, Papa Nobelə namizəd olanda ermənilər onunla bağlı pedofil iddialarını gündəmə gətirmişdilərmi?

Əlbəttə, yox. Çünki ermənilərin dərdi ədalət və həqiqət yox, türk düşmənliyidir.

Deyir, kiməsə palçıq atanın əvvəlcə öz əlləri çirklənər. İndi ermənilər Şeyxə palçıq atmağa çalışırlar, amma özləri xirtdəyə qədər bataqlığın içindən olduqlarından “xəbərsiz”dirlər.

Qətiyyən iddia etmirik ki, Şeyxə Nobel verəcəkdilər, erməni təbliğatı imkan vermədi. Qafqazın nüfuzlu din xadimi, qonşu ölkələrdə və islam dünyasında böyük hörmətə sahib olan, rus-çeçen savaşının qarşısını alan Şeyxə Avropa Nobel verməz, ancaq Bakıda qırğınlar törədən Qorbaçova verər!

Sadəcə, ermənilər bundan Azərbaycana və onun dini liderinə qarşı əxlaqsız bir kampaniya başlamaq üçün fürsət kimi istifadə edirlər.

Deyirəm, Allah adamın başına erməni kimi müsibət gətirməsin, adamın (dövlətin, xalqın, millətin) düşməni də kişi olsun, erməni yox!

Tarix
2020.09.10 / 17:18
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla