İranda kişilərə qaş aldırmaq
qadağan edilib.
Axar.az xəbər verir ki, İranda kişilər arasında qaş aldırmaq
genişləndiyinə görə, "Kişi Bərbər və Bərbərxanalar Birliyi" qaş
aldırmağın kişilər üçün qadağan olduğunu, xəbərdarlıqları nəzərə
almayan bərbər dükanları və salonlarının bağlanacağını
açıqlayıb.
Bərbərlər Birliyinin rəhbəri Mustafa Guvahi qaş aldırmaqla
bərabər solyarium (süni yolla qaralma) və döymə vurdurmağın da kişi
bərbərxanalarında qadağan olduğunu qeyd edib. Guvahi bildirib ki,
bu xidmətlər kişi müştərilərə göstərilərsə, həmin bərbərxananın
möhürlənəcək.
Kişilər arasında qaş aldırmağın çoxalması din alimlərini də
narahat edir. İranlı Ayətullah Mehdi Hadeyi Tehrani bu mövzu ilə
əlaqədar belə açıqlama verib: "Kişilərin qadınlara bənzəməsi caiz
deyil. Kişilərin qaş aldırması kişinin qadına bənzəməsinə səbəb
olursa, bu işə izn verilə bilməz".