Yuxarı

Markesin oğurlanan kitabı tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel mükafatlı kolumbiyalı yazar Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı" romanının oğurlanan ilk nəşri tapılıb.

Axar.az xəbər verir ki, polis işçiləri mayın 2-də Kolumbiyanın paytaxtı Boqotada təşkil olunan Beynəlxalq Kitab Sərgisində oğurlanan kitabın bukinistdə tapıldığını açıqlayıb.

Keçən il 87 yaşında vəfat edən Markesin imzası olan kitabın antikvarçılar tərəfindən oğurlandığı, polisin genişmiqyaslı əməliyyat başlatmasından sonra bukinistə verildiyi təxmin edilir. Kitabın sahibi Alvaro Kastillo məşhur yazarın 2006-cı ildə Uruqvayın paytaxtı Montevideodan satın aldığı kitabı "Köhnə kitablar satan Alvaro Kastilloya. Keçmişdən sonsuzadək həmişə dostun olaraq qalacaq Qabo" yazaraq, imzaladığını bildirib. Kastillo kitabın onun üçün qiymətsiz olduğunu vurğulayıb.

1967-ci ildə çap edilən kitaba 60 min dollar qiymət qoyulmuşdu.

Oğurlanan "Yüz ilin tənhalığı" kitabı mərkəzi Argentinada olan "Suramerikana" kitab evi tərəfindən 1967-ci ildə çap edilən 8 min nüsxədən biridir.

Tarix
2015.05.12 / 23:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular... - Zərərçəkmiş

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla