Yuxarı

Millət vəkili incəsənət xadimləri ilə görüşdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili incəsənət xadimləri ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış mədəniyyət, incəsənət xadimləri və bir qrup istedadlı yaradıcı gənclə görüşüb.

Kult.az xəbər verir ki, əməkdar artist, tanınmış ud ifaçısı Yasəf Eyvazov, əməkdart artistlər Mirnazim və Toğrul Əsədullayevlər, əməkdar artist Sahibə Əhmədova, tanınmış aktyor Fikrət Məmmədov, gənc skripkaçı Canel Nəcəfli, Avstriyanın Linz şəhərindəki nüfuzlu Anton Brükner adına Konservatoriyasında ifaçılıq (fortepiano) ixtisası üzrə təhsil alan Ayan Məmmədova, gənc rəssam Surə Seyidova, Biləsuvar Dövlət Rəsm Qalereyasının rəhbəri Rövşən Cənnətovla görüşlərdə cənab Prezidentin Sərəncamı ilə "Nizami İli" elan edilmiş 2021-ci il içərisində görüləcək işlərdən, eləcə də Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsinin, "Xarıbülbül" festivalı və Vaqif Poeziya Günlərinin bərpasının mədəniyyət, incəsənət xadimlərinin, yaradıcı gənclərin üzərinə qoyduğu mənəvi məsuliyyətdən danışılıb.

Komitə sədri tanınmış mədəniyyət, incəsənət xadimlərinin, istedadlı yaradıcı gənclərin müxtəlif məzmunlu qayğıları ilə tanış olub, təkliflərini dinləyib.

Mədəniyyət, incəsənət xadimləri, yaradıcı gənclər səmimi görüş və geniş fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib, xatirə hədiyyələri təqdim olunub.

Komitə sədri, həmçinin xalq rəssamları Arif Hüseynov, Ağəli İbrahimov, Sirus Mirzəzadənin ev muzeylərini ziyarət edib.

Tarix
2021.03.06 / 15:25
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla