Yuxarı

90 yaşlı bu qadın dünyanın ən yaşlı ofis meneceri elan edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
90 yaşlı bu qadın dünyanın ən yaşlı ofis meneceri elan edildi

Ginnesin Rekordlar Kitabı 90 yaşlı yapon qadını dünyanın ən yaşlı ofis meneceri elan edib.

Kult.az xəbər verir ki, həmin yaşlı qadın artıq 65 ildir bir müəssisədə çalışır. Yaşının çoxluğuna baxmayaraq, o, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Kompüterdə işləməyi bacaran bu qadın sosial şəbəkələrdə, xüsusən smartfon vasitəsilə Feysbukda əlaqə saxlamağı çox sevir.

Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı ofis meneceri elan edilən Yasuko Tamaki 1930-cu il mayın 15-də dünyaya gəlib. Y.Tamaki 1956-cı ildən “Sunco Industries” ticarət kampaniyasında çalışır. Yaşının çoxluğuna baxmayaraq, kompüter proqramlarını yaxşı bilir. Onun vəzifəsinə əməkhaqlarının və işçilərin bonuslarının hesablanması, həmçinin vergi hesabatının aparılması daxildir.

Rekordçu qadının adi qaydada: həftədə beş gün yeddi saat yarım çalışdığı bildirilir. Ginnesin Rekordlar Kitabının təqdim olunması mərasimində isə o, hələ təqaüdə getməyə hazırlaşmadığını da deyib.

Tarix
2021.04.10 / 10:51
Müəllif
Kult.az
Digər xəbərlər

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla