Yuxarı

Prezidentə “erməni əsiri” çağırışı edən ziyalılara – 4 cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız bu gün Zahid Orucun parlamentdəki çıxışında bildim ki, “Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları” (Zahid Oruc onları bu cür təqdim edib, sitat onundur) Prezidentə müraciət ediblər. Xahiş ediblər ki, “İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin”...

Olduqca maraqlı məsələdir və doğrusu, birdən-birə ”müstəqil mövqeləri ilə seçilən” adıçəkilən şəxslərin və “bir qrup ictimai fəalın” nədən bu müraciəti imzalamaq üçün birləşdikləri mənə qaranlıq qaldı.

Əvvəla, Azərbaycanda hərbi əsir yoxdur və bunu “müstəqil mövqeli” Zərdüşt Əlizadə ilə Sabir Bağırovun da qoşulduğu “ictimai-siyasi qrup”un anlamamasının səbəbi kifayət qədər şübhəlidir. 10 noyabr 2020-ci il bəyanatında açıq şəkildə göstərilir ki, erməni hərbi birləşmələri Azərbaycan torpaqlarını tərk etməli və onların tərk etdikləri yerlərdə rus sülhməramlıları yerləşməlidir.

Rus sülhməramlıları bu bəyanat imzalanan günü yerləşməyə başladı, ancaq erməni hərbi birliklərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxdığını müşahidə etmirik. Artıq 7 aydır ki, erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməməkdə israr edir, müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışırlar.

Erməni KİV və bəzi erməni siyasətçiləri “yeni təmas xətti” yaratmaq kimi cəfəngiyyatlara da hərdən baş vurmaq istəyirlər və bu, sözün bütün mənalarında 44 günlük müharibəninin nəticələrinə, 10 noyabr 2020-ci il üçlü bəyanatına daban-dabana ziddir. Ermənistan bu bəyanatın bəndlərini pozmaqda davam edəcəyi halda Azərbaycan növbəti əməliyyat keçirməyə məcbur ola bilər ki, bu da tam ayrı mövzudur – növbəti yazılarımızda toxunarıq.

10 noyabr bəyanatından sonra Azərbaycan ərazisindən çıxmayan erməni hərbi birlikləri birmənalı olaraq terrorçu statusu alır və bunu anlamaq üçün nə müstəqil siyasi fəal, nə professor, nə də Azərbaycan cəmiyyətində 40 il siyasətlə əlləşməyə ehtiyac var. Üstəlik, nəinki bu hərbi birliklər çıxır, 26 noyabrda Şirakdan Azərbaycana “könüllülərdən ibarət” dəstə gəlirsə, bu artıq birbaşa terrorçuluq fəaliyyətidir ki, bunun da nəticəsini gördük: 28 noyabrdan 10 dekabra qədər bu şiraklıların terrorçu fəaliyyəti nəticəsində 3 hərbçimiz öldü, eyni zamanda, “Azercell”in fəaliyyətini təmin etmək üçün qülləsini quraşdıran bir fəhlə də.

Hər üç əsgərimiz və o fəhlə heç də rus sülhməramlılarının məsuliyyət zonasında öldürülməmişdi. Onlar birbaşa Azərbaycanın işğaldan azad etdiyi ərazisində qətlə yetirildilər. Bunun adı nədir?

Bunun adı odur ki, onlar Azərbaycan torpaqlarında terror, qətl, qarət törətmək üçün gəlmiş dəstədir və bu dəstə mütləq zərərsizləşdirilməli idi.

Elə də oldu – 13 dekabrda DTX əməliyyat keçirdi və sözügedən dəstəni bütöv halda ələ keçirdi.

Hazırda da Azərbaycanın əlində bir həmin bu terrorçu dəstədir, Birinci Qarabağ savaşında azərbaycanlı əsirlərə və mülki şəxslərə qarşı dəhşətli işgəncələr həyata keçirən şəxslərdir – Xosrovyan və Mkrtçyanın məhkəməsi artıq başlayır – və bir də Azərbaycan sərhədinə keçərək, diversiya-təxribat fəaliyyəti icra etmək üçün çalışan və Ordumuzun əsgərlərinin keçdiyi yerə mina döşəyərkən yaxalanan 6 erməni.

Yeri gəlmişkən, Kəlbəcər rayonu ərazisində sərhədimiz yaxınlığında az öncə Ordumuzun maşını minaya düşdü: şəhid və ya yaralı olub-olmadığı barədə dəqiq məlumat yoxdur. Hələ biz hadisəni öyrənib yenicə tirajlayan kimi ermənilər başladı hay-küyə ki, Azərbaycan bu faktdan istifadə edəcək, deyəcək ki, həmin ələ keçirdikləri erməni diversantların basdırdığı minaya düşüb Ordumuzun maşını.

Halbuki bu hadisə baş verəndən 3 gün əvvəl Ordumuzun maşını minaya düşmüşdü və ermənilər bu faktı da gözəl bilirdilər. Belə çıxır ki, həmin 2 qrup – 24 erməni diversantın Azərbaycan sərhədlərinə girməsi ilk əməliyyat deyilmiş və bunun “uğurlu nəticəsini” də görüblərmiş.

İkincisi, əgər müharibə yoxdursa, sərhədlərin delimitasiya-demarkasiya işləri gedirsə, Ermənistan kapitulyasiya aktını imzalayıbsa və bölgənin bütün nəqliyyat infrastrukturunun açılması haqda razılıq varsa, bu istiqamətdə addımlar atılır və yollar çəkilirsə, o 6 diversant da terrorçudur.

Üçüncüsü, bu terrorçular niyə qaytarıla bilməz, niyə istintaq olunmalı və cəzalarını almalıdırlar?

Bunun fəlsəfəsi yalnız Nürnberqə deyil, daha dərinlərə gedib çıxır.

Hətta aradan 30 il keçəndən sonra belə bir insan törətdiyi dəhşətli əmələ - işgəncəyə, qətlə, təcavüzə görə mütləq cavab verməlidir və bu, bütün dünyaya göstərilməlidir. Bütün dünya, yəni hər bir insan görməlidir ki, cinayəti törədib rahat, cəzasız yaşamaq mümkün deyil. Mütləq şəkildə sən törətdiyin cinayətə görə cəzanı alacaqsan.

Bu, cəzanın mahiyyətini, islaha təsirini, psixoloji statusunu əyani şəkildə göstərən xüsusi bir aktdır! Məsələ ondadır ki, biz Xosrovyanları, Mkrtçyanları, “Azercell”in qülləsini düzəldən fəhləni qətlə yetirən “şiraklı”YANları azad etsək, bu, nəinki ermənilərdə azərbaycanlıları dəhşətli işgəncələrlə öldürüb, cəzasız yaşamağın mümkünlüyü haqda yanlış düşüncə doğurar, eyni zamanda bütün dünyada cinayətkarlara “stimul” rolunu oynaya bilər və bu da cinayət və cəza fəlsəfəsinə qətiyyən uyğun deyil.

Bu şəxslər mütləq cəzalarını almalıdırlar, Əlizadə, Bağırov və qrupu, cəzalarını çəkməlidir və...

Yalnız bir nümunə deyək: “Eyxmanın qaçırılması” ona görə dünya tarixinə düşməyib ki, bu, MOSSAD-ın keçirdiyi fövqəladə bir əməliyyatdır. Bu əməliyyat soyqırımda əli olan bir şəxsin onillər sonra belə cəzasını çəkməsinin vacibliyi baxımından tarixilik qazanıb!

İsrail MOSSAD-ı bununla dünyaya bir mesaj vermişdi: cinayətkar mütləq cəzasına çatmalıdır – tez, ya gec...

İndi Azərbaycan hüquq-mühafizə orqanları təxminən 30 ilə yaxın bir müddətdən sonra təxminən bunabənzər bir olayla üz-üzədir. “Əlizadə-Bağırov və qrupu”nun bu olayı bildiyinə qəti əminik və indi soruşuruq: Argentinadan gizli bir əməliyyatla oğurlanıb, İsrailə gətirilən və məhkəməyə çıxarılan Eyxman əməliyyatını gözə alıb, Xosrovyan-Mkrtçyanı azad etməklə, bəşəriyyətə hansı “humanizm” mesajı veririk ki? Müharibə canisinin, uşaq qatilinin, soyqırım törədənin azad edilməsi nə deməkdir? Yalnız azərbaycanlı olduğu üçün dəhşətli işgəncələrlə öldürülənlərin qətlini ört-basdır edək?

Və nəhayət sonuncu: Durub-durub da, erməni qatili, cinayətkarı azad etməsi üçün Prezidentə müraciət etmək müstəqil mövqeli və kifayət qədər savadlı şəxslərin hardan yadına düşdü?

İrəvanda xalqı sülhə inandırmağın bir yolu var, bu YOLu da İlham Əliyev çox gözəl bilir. Əgər siz 1893-cü ildən bəri ermənilərin apardığı siyasət, 100 ildən artıq azərbaycanlılara qarşı soyqırımlarının mahiyyətini, ermənilərin psixologiyasını bilməmisinizsə, buna sadəcə, təəssüf edirəm!

Ermənilərin bildiyi bir yol var: qanunun, ədalətin, haqqın ən sərt üzü!

Humanizmi ermənilər qorxaqlıq sayır və bu həmişə əks effekt verib!

Tarix
2021.06.01 / 09:18
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla