Yuxarı

Rəhim Rəhimli dəfn olundu - Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhim Rəhimli dəfn olundu - Fotolar

09:51

Gecə saatlarında vəfat edən müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, mərhumun dostu, bəstəkar-müğənni Murad Arif Teleqraf.com-a açıqlamasında Rəhim Rəhimlinin vəfat etməsi xəbərini saytlardan öyrəndiyini bildirib:

"Dərhal evinə gəldim. Rəhimin bir çox insanın üzərində mənəvi haqqı var. Burada sənət dostlarından daha çox fanatlarının olmasını və izdihamla dəfn olunmasını istəyərdim. Onunla bir ay əvvəl danışmışdım və yazmışdı ki, "Dostum, səni görə bilmədim". Onunla çox danışırdım, amma heç vaxt səhhətində problem olduğunu söyləməyib. Əcəldi.... Anası ilə yaşayırdı. Onun itkisi anası üçün çox ağırdı. Rəhim son illərini anasının müalicəsinə həsr etdi. Anası ağır xəstədir. O, anasını Türkiyəyə müalicəyə aparırdı. Çox xeyirxah və yaxşı insan idi".

Qeyd edək ki, Rəhim Rəhimli 45 yaşında ürək tutmasından vəfat edib. Hazırda ifaçının evində media nümayəndələri və sənətçinin yaxınları var.

O, bu gün 12:00-da Bülbülə qəbiristanlığında dəfn olunacaq.

***

Müğənni Rəhim Rəhimli Səbail rayonunda yerləşən mənzilindən son mənzilə alqışlarla yola salınır.

Mərhumun vida mərasimində xalq artisti Aygün Kazımova, müğənnilər Niyam Salami, Zamiq Hüseynov, Vasif Məhərrəmli, əməkdar artist Elza Seyidcahan, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Kamilə Babayeva, Lalə Əlimuxtarova, Turan İbrahimov, Samir Bayramlı, bəstəkar-müğənni Murad Arif və bir çoxları iştirak edirlər.

***

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.

Tarix
2022.09.30 / 13:43
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla