Yuxarı

Soyqırım abidəsinin yanında qanunsuz tikili...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyqırım abidəsinin yanında qanunsuz tikili...

Quba Soyqırımı Memorial Kompleksinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə məhkəməyə müraciət edilə bilər.

Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli oktyabrın 3-də Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı məlumat verib.

Dövlət Xidmətinin rəhbəri bildirib ki, abidə-qoruğun qorunması, gələcək nəsillərə çatdırılması hər bir şəxsin mənəvi borcudur: "Kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər. Qoruğun mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar hər hansı bir hərəkət yolverilməzdir".

O deyib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.

A.Cəfərli Quba Soyqırımı Memorial Kompleksin fəaliyyətinin daha da gücləndirilməsi, yaranacaq analoji vəziyyətin operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər aidiyyəti dövlət qurumlarının operativ müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb.

Tarix
2022.10.03 / 19:49
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla