Yuxarı

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib.

Kult.az xəbər verir ki, Salt Layk Citi şəhərinin meri xanım Erin Mendenall və Yutah ştat Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında geniş məlumat verib. Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı danışılıb. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları hədiyyə edilib.

ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R. Həsənov Brinqam Younq Universitetinin Hüquq və din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial elmlər fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşub. Görüşdə 2023-cü ilin qış semestrindən etibarən Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənninin tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcəkdir. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır.

Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilmişdi.

Tarix
2022.10.06 / 14:45
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla