Yuxarı

Polad Bülbüloğlunun baleti - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun "Kitabi-Dədə Qorqud" eposu əsasında yazdığı "Eşq və Ölüm" baletinin yeni quruluşda premyerası baş tutub.

APA-nın məlumatına görə, tamaşanın quruluşçu-dirijoru Əyyub Quliyev (Azərbaycan), quruluşçu-xoreoqrafı Olqa Kostel (Belarus), quruluşçu rəssamı Aleksandr Kostyuçenko (Belarus), geyim üzrə rəssam Yekaterina Bulqakova (Belarus), işıq üzrə rəssamı İrina Vtornikova (Rusiya), elmi məsləhətçisi Ülkər Əliyevadır (Azərbaycan).

Baş rolların ifaçıları Belarusun əməkdar artistləri Yuriy Kovalov (Azər), İrina Yeromkina (Baycan), Natalya Ryabseva və Konstantin Beloxvostik (Eşq cütlüyü), Aleksandra Çijik və Dmitriy Şemet (Ölüm cütlüyü), Belarusun xalq artisti Konstantin Kuznetsov (Qara Məlik), Belarusun əməkdar artisti Anton Kravçenkodur (Oğuz Xan).

Polad Bülbüloğlunun səhnə əsəri Belarus Dövlət Opera Teatrında artıq 3-cü dəfə gerçəkləşən "Balet Yayı" Beynəlxalq Festivalının proqramına daxil edilib və festivalın açılış mərasimində nümayiş olunub. "Balet Yayı" Festivalının bağlanışı da Polad Bülbüloğlunun müəllifi olduğu səhnə əsəri ilə baş tutacaq.

Tarix
2016.06.15 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla