Yuxarı

Sabir Rüstəmxanlının üzünə verilməyən suallar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Üzə verilməyən suallar" layihəsinin budəfəki qonağı Xalq şairi, millət vəkili və Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıdır. Maraqlıdır, sakit və mülayim xarakterli Sabir bəy ona yaxın olan üç dostunun onun üzünə vermədiyi suallara necə münasibət bildirəcək?

Musa Yaqub suallarını verməklə qəribə təklif də verdi: "Sualları verib, özüm də cavab verəcəyəm. Ancaq dostumun cavabları da mənə çox maraqlıdır".

Musa Yaqub:

"Məncə, Sabir hələ də həvəslə, ruhla yazır. Çox zəhmətkeş adamdır. Həm şeirdə, nəsrdə, kitablarda, həm də məqalələrdə əvvəlki həvəslə çalışır və sözünü deyir. Biz onunla həm Yardımlı, həm də İsmayıllı dağlarında olmuşuq. Hətta Baba dağı haqqında gözəl bir əsər də yazdı. Ona verəcəyim suallara özüm də cavab verə bilərəm. Ancaq dostumun cavabını bilmək mənə daha da maraqlıdır. Suallar isə budur ki, biz zamanın qarşısında sual qoyuruq ki, tanrı bizə nə qədər ömür verəcək ki, bu dostluğu, bu yoldaşlığı, bu qələm qardaşlığını davam etdirək..."

- Əvvəlki həvəslə, ruhla yaza bilirsənmi?

- Maraqlıdır, Yardımlı dağlarını unutmayıbsan?

Cavab:

- Çalışıram... Əvvəllər daha çox şer və publisistikada gur səslə deyib yazırdım. İndi isə nəsrə köçürtmüşəm ruhu.

- Yox. Unutmaq olarmı?! Musa Yaqub İsmayıllı dağlarını unudan gün, mən də Yardımlı dağlarını unudaram.

Ramiz Rövşən:

- Əzizim Sabir, ömrümüz boyu gördüyümüz bir çox ictimai, siyasi, hətta həyati işləri biz adətən şeirdən oğurladığımız və oğurlandığımız vaxtın hesabına etmişik. Maraqlıdır, buna görə hərdən özünü günahkar hesab edirsənmi?

Cavab:

- Hərdən günahkar hesab edirəm ,doğurdan da. O sözü ki, Musa Yaqub, Ramiz Rövşən deyir və təvazökarlıqdan uzaq olmasın, o sözü ki, mən deyirəm, onu hər qələm sahibi deyə bilmir. Amma təəssüf və xoşbəxtçilik odur ki, bizim həyatımız Azərbaycan tarixinin elə bir dövrünə təsadüf etdi ki, SSRİ dağılırdı və Azərbaycan da onun dağılmasında çox ciddi rolu olan bir ölkə idi. Ona görə də biz millətimizin taleyindən kənarda qala bilməzdik. Elə şeirimizin bir hissəsini milli hərəkata və millətimizin azadlığına qurban vermişik.

Əlbəttə, bu barədə şeirim də var:

Neçə yazılmamış şeirlərimi,

Qatdım millətimin gur ilhamına.

Atdım meydanların izdihamına,

Bircə söz tapmadım, "azadlıq" sözü.

İsa Həbibəyli:

- Sabir Rüstəmxanlının "Ömür yolu" kitabı Azərbaycanda romanlar arasında yazılmış ən yaxşı əsərlərdən biridir. O, Azərbaycanın müstəqillik dövrünə qədərki mərhələni əhatə edir. Sabir həmin zamanda da, müstəqillik illərində də gedən proseslər haqqında əsər yazmaq fikrindədirmi?

- Sənin yaradıcılığında son olaraq tarixi mövzulara meyl daha çox artıb. Tarixi romanlar yazırsan, tarixi mövzularda film çəkirsən və s. Daha çox müasir cəmiyyətlə məşğul olan tanınmış ziyalılarımızdan birisən. Uzaq tarixə, tarixi mövzulara daha çox meyl etməyin nədən qaynaqlanır?

- Sabir, sənin ədəbiyyatda maraq dairən məlumdur. Konkret olaraq bilmək istəyirəm ki, Azərbaycan ədəbiyyatında sevdiyin şair və yazıçı kimdir?

Cavab:

- "Ömür kitabı" 1988-ci ilə qədərki hadisələri əhatə edir. Amma 88-ci ildən o dövrü, meydan hadisələrini, sonra ilk mətbuat olaraq "Azərbaycan" qəzetinin çıxması, AXC-nin yaranması, on səkkiz gün davam edən noyabr-dekabr itkiləri, 20 yanvar faciələri, ta 1991-ci il QKÇP hadisələrindən sonra Bakıdakı proseslər, 30 avqust 1991-ci ildə müstəqillik bəyannaməsinin qəbulu və müstəqillik qəbuluna qədər bütün proseslərin hamısı mənim "Xətai yurdu" adlı sənədli romanımda yazılıb.

- Tarix bu günün güzgüsüdür, tarixdən bu günə baxanda bu gün baş verən hadisələrin kökünü görməliyik. Bizim Sovet dövründə çox təəssüf ki, tariximizə obyektiv baxmaq imkanımız olmayıb, tariximiz yazılmayıb. Amma tarixi romanların bəlkə də yazılı səbəbi odur ki, tarixi roman bəzi tarixlərdən, rəsmi tarixlərdən daha çox yaxın olub həqiqətən. Məsələn, mənim "Difai fədailəri" romanım var, bu roman 1905-6-7-ci illərə olan hadisələrdir, rəsmi tariximizə aid olan bir şey yoxdur. Amma mən onu yazmışam, yəni tarixi zərurət yaranır, ona görə də bu romanlar, bu kitablar yazılır. Eyni zamanda təbii ki, tarixlə yanaşı mənim şeirlərim bu günün ruhu ilə doludur. Bir vaxtlar mən "Qan yaddaşı" adlı şeir kitabı buraxmışdım. Orda da "Qan yaddaşı" əslində poeziyamızda başlanan meylin nəticəsi idi.

- Mən müəlliflərdən daha çox əsərləri seçirəm. Məsələn, Nizaminin mənim üçün ən böyük və daha çox sevdiyim əsəri "Yeddi gözəl"dir. Mənim üçün konkret qərara gələndə böyük şair Nəsimidir, Füzulidir, Mirzə Cəlildir, Aşıq Ələsgərdir, Əli bəy Hüseynzadədir, Mirzə Ələkbər Sabirdir, dahi sənətkar Üzeyir Hacıbəyovdur. Sovet dövrünə gələndə mən daha çox son dövrün ədəbiyyatından danışa bilərəm. Mənim yaxın dostlarım Bəxtiyar Vahabzadədir, Xəlil Rzadır, Məmmədə Araz mənim çox sevdiyim şairdir. Bir də Musa Yaqubun özü, həm sevdiyim şairdir, həm də dostum.

Tarix
2014.04.26 / 18:35
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Diplomatlar Laçında səfərdədir

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla