Yuxarı

“Nə qədər ki, sosial lənətlər olacaq…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"100 böyük kitabdan biri" layihəsində

Hüqo — dünya ədəbiyyatı kəhkəşanında böyük bir ulduz kimi parlayır. Onun əsərləri dünya xalqlarının hər bir oxucusuna doğmadır. Nə üçün?

Dəqiq demək çətindir. Hər halda yalnız reallığına görə deyil. Balzak, Flober, Mopassan Hüqoya nisbətən daha realistdirlər. Ancaq oxucu məhz Hüqonu xüsusi məhəbbətlə sevir. Yəqin ki, belə münasibət hər bir insanın qəlbinə bu qədər yaxın olan mərhəmət, hətta ürək sızladıcı rəhm səbəbindəndir... Bu hissiyyat hətta romanın öz adından da duyulur – "Səfillər".

Dostoyevski, ümumiyytlə, bu bədii epopeyanı özünün bütün romanlarından yüksək qiymətləndirirdi. "Cinayət və cəza"dan daha dəyərli hesab etməsi isə dəqiq məlumdur, çünki bu barədə özü yazmışdı. Hüqonun romanının bəzi qəhrəmanları həyatdan götürülüb, bu qəhrəmanların hiss və həyəcanları bizim dünyaduyumumuzla elə qaynayıb qarışıb ki, hər bir xalq onu özünün qələm məhsulu hesab edir. Jan Valjan və Qavroş, qismən isə Kozetta belə qəhrəmanlardandır.

"Səfillər" — XIX əsrin birinci yarısındakı fransız cəmiyyətinin bütün təbəqələrinin çoxcildli və çoxplanlı belletristik (nəsrlə yazılan bədii ədəbiyyat: romanlar, hekayələr – tərc.) panoramasıdır. Burada həm real və ya uydurulmuş əhvalatlar şəlaləsi, həm də janrlar, hətta üslublar şəbəkəsi var. Burada yüksək əyarlı realizm içərisində tez-tez romantizm və ya naturalizm sərgilənir, müəllif düşüncələrinin sakit və əzəmətli axını isə daima detektivə sarı yuvarlanır. Hüqo özünün möhtəşəm yaradıcılıq məhsulunun bir çox (kitablarla adlandırılan) fəsillərini döyüş səhnələrinin, xüsusilə də Vaterloo döyüşünün, Parisdəki barrikada döyüşlərinin və hətta üsyanın darmadağın edilməsindən sonra roman qəhrəmanlarının dolaşdığı şəhər kanalizasiyasının təsvirinə həsr edir.

Baxmayaraq ki, roman fasilələrlə - bəzən hədsiz aludəçiliklə, necə deyərlər, birnəfəsə, dayanmadan, bəzən isə uzun müddət ara verməklə yazılmışdır, belə hesab edirlər ki, Hüqo "Səfillər"in yaranmasına ömrünün otuz ilindən çoxunu sərf edib. Sanki proqram rolunu oynayan müqəddimə bir neçə dəfə dəyişdirilmiş, təzədən yazılmışdı. Çünki bu, yazıçı üçün prinsipial əhəmiyyət daşıyırdı. Nəticədə bircə abzasdan ibarət aydın və qısa mətn yaranır. Fəqət bu bircə abzasda fransız klassikinin kredosu ifadə olunub:

"O vaxtadək ki, qanunun və adətlərin gücüylə sivilizasiya ortamında süni şəkildə cəhənnəm yaradan və Tanrının əlində olan faciəli insan taleyini ağırlaşdıran sosial lənət mövcud olacaq; o vaxtadək ki, əsrimizin üç əsas problemi - proletariat sinfinə məxsus olması üzündən kişinin alçaldılması, aclıq üzündın qadınların düşkünlüyə yuvarlanması, uşaqların cəhalət zülməti içərisində saralıb-solması – həll olunmamış qalacaq; o vaxtadək ki, cəmiyyətin bəzi təbəqələrində sosial boğulmalar mövcud olacaq; başqa sözlə və daha geniş nöqteyi-nəzərdən – o vaxtadək ki, Yer üzündə ehtiyac və cəhalət hökm sürəcək, kitablar və bu qəbildən olanlar bəlkə də bihudə sayılacaq".

Hətta Hüqo, ümumiyyətlə, güman edirdi ki, "Səfillər" kimi kitablar cəmiyyəti yenidən qura bilməyə qabildir. O, sosial zülm və qeyri-bərabərliyi bütün bəşəri bədbəxtliklərin ən başlıca səbəbi hesab edirdi. Əxlaqı yaxşılaşdırmaqla vəziyyəti düzəltmək olar. Bununçünsə dinləmək və peyğəmbərlərin, mütəfəkkir və yazıçıların həmişə səslədikləri ideyalara sarılmaq gərəkdir. Daha qısa desək, Jan Valjan kimi olmaq lazımdır və cəmiyyət tezliklə onu yaralayan illət və qüsurlardan qurtulacaq.

Həqiqətən də romanın baş qəhrəmanı (yeri gəlmişkən, Jan Valjanın prototipi olub) əvvəldən yalnız real tarixi olayların girdabına düşmüş hansısa bir real şəxsiyyət kimi deyil, həm də "sonsuz insan sevgisinin" daşıyıcısı - əxlaq nümunəsi kimi düşünülüb və yazılıb. Yazıçı istedadının haqqını vermək lazımdır. Yalnız qoyulan yüksək məsələni – keçmişdə necə dözülməz idisə, hazırda da eləcə dözülməz olaraq qalan cəmiyyət kimi ədalətsizlik və bərabərsizliyi aradan qaldırmaq - həll etmək müyəssər olmadı. Söz yoxdur ki, sosial kəskinlik – romanın heç vaxt keçməyəcək dəyəridir. Ancaq onun əsas "kapitalı" - qəhrəmanların unudulmaz qalereyasıdır.

Jan Valjanın hekayəti bu obrazı "əbədi" kateqoriyasına daxil edəcək bütün kriteriyalara tamamilə cavab verir. Acından ölən qardaşı oğlu üçün çörək oğurladığına görə iyirmi illik həbsə məhkum edilmiş keçmiş katorqaçı az qala yenidən katorqa cəzasına məhkum ediləcəkdi. Lakin lap son anda mömin-keşiş tərəfindən xilas edilir: o, Jan Valjanı həbs etmiş jandarmlar qarşısında gümüş qəndillərə "qəsd edərək" onu müdafiə edir. Bu hərəkət nəhayətdə keçmiş katorqaçını elə heyrətləndirir ki, onun əxlaqının tamamilə dəyişməsinə səbəb olur. Və Jan Valjan özü mömin və fədakar zahidə çevrilir: ömrünün son gününədək yardıma ehtiyacı olan hər kəsə təmənnasız kömək edir. O, həqiqət və ali ideallara doğru əbədi meylin sönməz simvoluna çevrilir. Çoxları fikir verib ki, "Səfillər"in qəhrəmanı oxucunun qavramında, ümumiyyətlə, hansısa bitişik Jan-valjan adını ehtiva edib (bu obraz hər kəsə bu qədər yaxınlaşa bilib).

"Səfillər"in antipodu və "mənfi dahisi" polis inspektoru Javerdir. O, Hüqonun sözlərilə desək, "sivilizaiyanın xidmətində duran vəhşi, casus və qüsursuz xəfiyyənin uydurmalarına iqtidarı çatmayan rumlu, spartalı, asket və kapralın qəribə sintezidir". Demək olar ki, bütün roman boyunca biri digərini izləyir. Son məlumdur: Jan Valjan qiyamçıların güllələnməyə məhkum etdikləri Javeri buraxır. Bir qədər sonra Javer də yeraltı çirkab borusunun çıxışında pusquya düşmüş qurbanını sərbəst buraxır, fəqət vəzifə borcu ilə vicdanı arasındakı həllolunmaz ziddiyyəti qəbul edə bilmədiyindən həyatına intiharla son qoyur.

1832-ci il Parisdəki xalq üsyanını təsvir edən səhnələr də unudulmazdır. Romanın bir neçə fəsli buna həsr olunub. Hətta bəzi ekspressiv ifadələr də müəllifin təkrarolunmaz üslubundan xəbər verir. Yazıçı bu ifadələr vasitəsilə mübarizə aparan tərəflərin barışmaz qəzəbini çatdırmağa nail lur.
"Qəfildən təbillər hücum marşı çalmağa başlayır. Hücum qasırğa kimi haray qoparır. Bir gün əvvəl gecənin zülmətində rəqib sakitcə, sanki boa kimi (tropik ölkələrdə yaşayan çox böyük zəhərsiz ilan – tərc.) barrikadala sarı sürünüb. "…" Torpların gurultusu eşidildi və qoşun hücuma başladı. Hər iki tərəf eyni qətiyyətlə tutuşub yanışırdı. Cəsurluq vəhşi ağılsızlıq dərəcəsinə çatmışdı və ilk növbədə mübarizin özünün həyatını fəda edən hansısa hiddətli qəhrəmanlıqla getdikcə daha da dərinləşirdi. "…" Qoşun hissələri göyüşü bitirməyə səy göstərir, üsyançılar isə davam etdirməyə. Gənclik və sağlamlığın çiçəklənmə anında çan vermək – bu, artıq qorxmazlıq deyil, ağılsızlıqdır. Bu vuruşmanın hər bir iştirakçısı üçün ölüm saatı sonsuzadək uzanır. Bütün küçə cəsədlərlə örtülür.

Hüqo tragizmin ən yüksək həddinə barrikada döyüşlərinin qəhrəmanlarının ölüm səhnələrinin təsvirində nail olur. Qavroşun ölüm səhnəsi bir xrestomatiyaya, adın özü isə çoxdan ümumi ismə çevrilib. Öz istəyilə güllə-baranın altında öldürülmüş əsgərlərin üstündən patron toplayan gənc parisli qəhrəman üsyançıların gözləri önündə həlak olur:

"Sanki bu, uşaq deyildi, insan deyildi, hansısa balaca sehrbaz idi. Döyüşlərdə sınmayan hansısa əfsanəvi çırtdan idi. Güllələr onu qovurdu, o isə güllələrdən daha çevik idi. O, sanki ölümlə dəhşətli gizlənqaç oynayırdı; hər dəfə ölüm sanki fındıqburun bir xəyalət kimi yaxınlaşır, oğlancığaz isə onu burnuna çırtma vurmaqla qarşılayırdı. Ancaq digərlərindən daha dəqiq tuşlanmış və daha xəyanərkar güllə nəhayət ki bu bataqlıq alovunu (gecələr bataqlıq yerlərdə görünən zəif alov – tərc.) yaxalayır. Hamı Qavroşun necə səntirlədiyini və sonra yerə yıxıldığını gördü. Barrikadada hamı bir səslə qışqırdı; ancaq bu cırtdanda Antey gizlənmişdi; Qavroş heç yıxılmağa macal tapmamışdı ki, yenidən qalxdı. O, yerdə oturdu, qan şırnağı üzüaşağı axmağa başladı. "…" Həmin silahdan çıxan ikinci güllə onun həyatını əbədi olaraq yarımçıq qoydu. Bu uşaq və eyni zamanda, çox böyük ruh göylərə uçdu".

Andre Moruanın "insan zəkasının ən böyük yaradıcılıq məhsullarından biri", Teofil Qotyenin isə "mühitin məhsulu" adlandırdığı dahiyanə və unudulmaz fransız romanının sirri nədədir? Axı az qala iki əsrə yaxındır ki, "Səfilləri" qamçılayan tənqidçilər də formal baxımdan haqlıdırlar: nəhəng epopeyanın quruluşunun qüsursuz və məntiqi baxımdan ziddiyyətsiz olduğunu demək mümkün deyil; burada həddən artıq uzunçuluq, fəlsəfi və qeyri-fəlsəfi mühakimələr, süjetin inkişafının ümumi xəttindən heç nə ilə bəraət verilməyəcək yayınmalar... Ancaq bununla belə, "Səfillər"i oxuyublar, oxumaqda davam edirlər və həmişə də oxuyacaqlar: qəhrəmanların taleyinə ürəkdən acıyaraq, onlarla birlikdə sevinib birlikdə kədərlənərək, sosial ədalətsizliyə və zalımların iyrənc simalarına sonsuz nifrətlə alışıb-yanaraq oxuyacaqlar. Bəs nədən? Bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Çünki Hüqo böyük yaradıcılıq məhsuluna ürəyinin, qəlbinin bir parçasını qoyub – onun döyüntüləri də bu alovlu duyğular mənbəyinə sığınan hər kəsə ötürülür.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2014.10.23 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla