Yuxarı

Robot düzəldənlər, İspaniyaya tələsənlər və… - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı ilin təhsil mühitini xatırlayan orta nəsil bu universiteti innovativ yenilikləri, şəffaflığı, Qərbyönümlü təhsil ənənələri ilə xatırlayır.

1991-ci ildə əsası qoyulan Qərbi Kaspi Universiteti (ovaxtkı adı Qərb Universiteti) 90-cı illərdə təhsil sahəsinin flaqmanlarından, ən prestijli təhsil müəssisələrindən olub desək, qətiyyən mübaliğəli səslənməyəcək.

2000-ci illərin əvvəllərində fəaliyyətində bir qədər ətalət hiss olunan bu ali təhsil ocağının 2017-ci ildən etibarən “ikinci nəfəs”i açılıb.

Son illərdə infrastruktur və maddi-texniki bazasını əhəmiyyətli dərəcədə yaxşılaşdıran universitet təhsil proqramlarını da müasir çağırışlara, qabaqcıl təcrübəyə uyğunlaşdırmağa nail olub, yerli və xarici peşəkar mütəxəssisləri işə cəlb edib, beynəlxalq əlaqələrini yeni fazaya keçirib.

Axar.az Qərbi Kaspi Universitetindən reportajı təqdim edir:

Daha müasir

Universitetin əsas tədris binası İçərişəhər metrosu yaxınlığında, İstiqlaliyyət 27-də yerləşir. 2016 və 2017-ci illərdə isə Əhməd Rəcəbli küçəsində universitet daha iki müasir binasını istifadəyə verib. Hər iki bina olduqca yüksək infrastruktura, maddi-texniki bazaya malikdir. Burada mühəndislik ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, onun nəzdində Texnopark qurulub. Universitet unikal laboratoriya və mərkəzlərlə, eləcə də qurğularla, komputerləşdirilmiş sistemlərlə təchiz olunub.

Praktikada öyrənmə

Universitetin Texnoparkında tələbələr mühədislik və robototexnikanın ayrı-ayrı istiqamətləri üzrə praktik biliklərə yiyələnirlər. Burada hazırlanan layihələr artıq bir çox müsabiqələrdə uğurlar qazanıb. Texnopark ötən illərdə çox sayda yarış və müsabiqələr ev sahibliyi edib.

Texnopark məktəblilərin də sevimli məkanıdır, burada və eyni zamanda, səyyar komandalar regionlara üz tutaraq bölgə məktəbliləri üçün təlimlər təşkil edirlər.

Universitetin texnoparkında olarkən tələbələrdən birinin yeni robotunu təkmilləşdirməklə məşğul olduğunu gördük. Cəbrayıl öz robotu ilə bizi tanış edir: “Bu qurğuda bütün əməliyyatları süni intellekt idarə edir. Radiodalğa ilə idarə edilən əlcək 6 təkərli robotu 1000 metrədək məsafədən yönləndirir, onun irəli-geri getməsi əlin hərəkəti ilə tənzimlənir. Çoxfunksiyalı qurğunu mobil telefon üzərindən proqram təminatı əsasında da idarə etmək mümkündür. Robotun üzərində olan sensorlar vasitəsilə alovu, qaz sızmasını uzaq məsafədən müəyyən etməklə yanaşı, həm də real zaman kəsiyində məlumatları almaq imkanı yaranır. Süni intellekt modulunun prototipində günəş panellərinin quraşdırılmasını planlaşdırırıq ki, bundan sonra qurğu kəsintisiz enerji ilə təmin olunaraq davamlı işləyəcək”.

Universitetin Şirvanda yerləşən Xəzər Tədqiqatlar Mərkəzi də tələbələr üçün inikal imkanlar yaradır. Universitetin Təbiət Elmləri Məktəbinin tələbələri burada birbaşa təbiətlə təmasda praktik məşğələlərə qatılır, elmi tədqiqatlarda iştirak edirlər. (Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazası

Beynəlxalq tədbirlər

Düzdür, artıq 1 ildən çoxdur ki, pandemiya tədbirlərin canlı təmas şəraitində keçməsinə imkan vermir, ancaq hər halda, deməliyik ki, universitet son illərdə bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib, dünyanın nüfuzlu tədqiqatçılarını Bakıya gətirib.

2019-cu ildə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans dünyanın nüfuzlu tədqiqatçılarını bir araya gətirən, bu sahənin problemlərini nəzərədn keçirən mühüm platformaya çevrildi. Konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak edirdilər.

Elə həmin il təşkil olunan Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə Bio-Riyaziyyat Yaz Məktəbi də həsr olunduğu sahənin mütəxəssisləri üçün oolduqca əhəmiyyətli, yaddaqalan tədbir idi. Yaz Məktəbində ölkənin müxtəlif bölgələrindən biologiya və riyaziyyat müəllimləri, bu sahənin tədqiqatçıları da iştirak edirdilər…

Bu ilin iyununda isə Times Higher Education və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə BMT-nin 4-cü dayanıqlı inkişaf məqsədi olan keyfiyyətli təhsilə həsr olunmuş “Təhsilə transformativ yanaşma” mövzusunda Qərbi Kaspi Universitetinin evsahibliyi ilə Qlobal Forum keçirildi.

Onlayn formatda baş tutan tədbirdə dünyanın 100-ədək ölkəsindən 1000-ə yaxın universitet nümayəndəsi, alim və tədqiqatçı iştirak edirdi. Forumda keyfiyyətli təhsilin təmin olunmasında yeni yanaşmalar müzakirə edilib, təhsilin gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılıb, pandemiyanın yaratdığı reallıqlar fonunda yeni çağırışlar nəzərdən keçirilib.

Pandemiyaya qarşı “əzələ nümayişi”

Təbii ki, oturub pandemiyanın sona çatmasını gözləyə bilmərik.
Bütün sahələrdə olduğu kimi, təhsil sektoru da yeni vəziyyətə adaptasiya olunmağa, postpandemiya dövrünə minimal itkilərlə keçməyə çalışır. Başlıca prioritet təhsilin keyfiyyətini qorumaqdan ibarətdir.

Qərbi Kaspi Universitetinin əməkdaşlarının və müəllimlərinin onlayn təhsilin təşkili ilə bağlı təlim və seminarlarda iştirakı, universitetdə 150-dək auditoriyanın maddi-texniki baxımdan onlayn dərslərin təşkili üçün uyğunlaşdırılması, interekativ lövhələrin quraşdırılması, eləcə də yeni vəziyyətə daha çevik adaptasiya olmaq və nəticəyönümlü həllər tapmaq üçün beynəlxalq təşkilatlar və nüfuzlu universitetlərin təcrübələrinin öyrənilməsi bu yanaşmanın təzahürüdür.

Tibb mütəxəssisləri inanır ki, peyvənd kütləvi immuniteti formalaşdıracaq və tezliklə həyat əvvəlki şəklinə qayıdacaq.

Bu təhsil sektorunda da ənənəvi tədrisə qayıtmağa imkan verəcək. Bu halda, Qərbi Kaspi universitetinin tələbələri üçün yaratdığı unikal imkanlar da daha faydalı işləyəcək.

Çemodan əhval-ruhiyyəsində

Biz universitetdə olarkən burada İspaniyada təhsil üçün seçilmiş tələbələrin sənədləşdirmə işi üçün Beynəlxalq Əlaqələr şöbəsində sənədləşdirmə ilə məşğul olduqlarına şahid olduq.

Dizayn ixtisasında təhsil alan Aminə və Sevinc adlı tələbələr “Erasmus” proqramı çərçivəsində İspaniyanın Kastilya universitetində bir semester təhsil alacaqlar.

“İspaniyada təhsilin yeni dünyagörüşü, yeni təhsil mühiti ilə tanış olmaq baxımından bir fürsət olduğunu düşünürəm” – deyə Aminə öz həyacanını bizimlə bölüşür.
Sevinc də o fikirdədir ki, bu şans onun gələcək karyerasına təsir göstərəcək: “İnanıram ki, fərqli, yeni biliklər əldə edəcəm”.

Beynəlxalq əlaqələr şöbəsindən bildirirlər ki, bir neçə gün öncə Almaniyada təhsillərini davam etdirəcək iki tələbənin də sənədləşdirmə işi başa çatıb: “Almaniyanın Şmalkalden Universitetində təhsil almaq üçün elan olunan açıq müsabiqə elan etmişdik. Seçim mərhələsində qaliblərin seçilməsində seçim komitəsi tərəfindən 3 meyardan istifadə olundu: tələbələrin akademik göstəriciləri, tələbələrin ingilis dili bilikləri və tələbələrin sosial fəallığı. Müsabiqənin yekunlarına əsasən İstehlak mallarının ekspertizası və marketinqi ixtisasları üzrə təhsil alan 2-ci kurs tələbələri Kamilə Məmmədzadə və Aliyə Quliyeva qalib seçildilər. Hər iki tələbə 2020/21-ci təhsil ilinin qış semesterində təhsillərini Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Universitetində davam etdirəcəklər. Təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbələrə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq”.

Ümumiyyətlə, Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Dünyanın ən yaxşıları siyahısına düşmək üçün

Və nəhayət, universitetin yenilənməsi, fəaliyyətinin şaxələndirilməsi, təhsilin keyfiyyətinin artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində aparılan işlər özünü beynəlxalq reytinq agentliklərinin hesabatlarında da göstərir.

Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqində Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Qeyd edək ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1240 ali təhsil ocağı reytinqə daxil edilib. Universitetimiz ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201-300 universitetindən biri olub.

Şübhəsiz, bu cür nəticələr gələcəyə daha nikbin baxmağa imkan verir. Niyə də ölkəmizin təhsil ocaqları dünyanın ən yaxşı universitetlərinin siyahısında ilk 10-luqda olmasın?!

Tarix
2021.07.26 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla