Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulması
xəbərinə münasibət bildirib.
Axar.az xəbər verir ki, müğənni açıqlamasında bunları
bildirib:
"Artıq bir neçə gündür Bakıdayam. Aprelin 5-də İstanbula səfər
etdim və bunu İnstaqramdakı izləyicilərimlə bölüşdüm. Axı hər dəfə
qeyd edirəm ki, mənim heç kəsdən gizləyəsi addımım olmayıb.
Sevincimi, kədərimi, ağrımı, acımı hər dəfə sizlərlə bölüşmüşəm.
Vətəndən kənar olsam da, Vətənim və vətəndaşlarımla birgə olduğumu
hər dəfə hiss etdirmişəm. Bu, mənim vətəndaşlıq borcumdur. Bu
görüntüləri paylaşanda mən Acıbadəm Xəstəxanasında idim. Amma
kimlərinsə uydurduğu ağır xəstəliyə görə yox, kiçik bir estetik
əməliyyata görə. Bu estetik əməliyyatdan sonra elə İstanbulda imic
dəyişikliyi etdim. Kimlərinsə uydurduğu və arzu etdiyi nə sübuta
yetirilən xəstəliyim var, nə də açıqlanması guya yasaq olacaq
diaqnozum. Aprelin 5-də necə sağ-sağlam İstanbula yola düşmüşdümsə,
aprelin 7-də də elə sağlam,hətta yeni "şamplena" görkəmimlə
Vətənimə döndüm. Bu gün məkirli məqsədi ilə gündəmə gəlmək istəyən
vəkilə demək istəyirəm ki illərdir müdafiə etdiyi tərəfi boşuna
xəyal qırıqlığına uğratmasından danışsın,mənim olmayan
xəstəliyimdən yox. Xəstəliyim haqda yaydığı xəbər şər və
böhtandır.Mən ildə bir neçə dəfə Acıbadəm Xəstəxanasına
gedirəm,bunun məqsədi estetik əməlyatlarımla bağlıdır və bunu hər
zaman elə özüm söyləyirəm. Mənim estetik əməliyyatla bağlı
xəstəxanada olmağım və ya estetik əməliyyat etdirməyim beləmi
sensassiyalı xəbərdir? Görünür, vəkilin xəbəri bu cürə yaymaqda
məqsədi məhkəmələrdə onlara sərf etməyən nəticələrin əldə
olunmasıdır. Əgər mən susuramsa, bu o demək deyil ki, mən məğlub
tərəfəm. Sadəcə, boş və maraqsız saydığım söhbətlərlə gündəmi zəbt
etmək istəmirəm".