Vaşinqton Rusiya neftindən imtina tələbinin baş tuta bilməyəcəyini əsas gətirərək, Trampın elan etdiyi sanksiyaları tətbiq etməyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, NATO ölkələrinin Rusiya neftindən tamamilə imtina etməsi mümkünsüz görünür:
“Xüsusilə Macarıstan və Türkiyə Moskva ilə sıx əlaqələrini qoruyur və Rusiya enerji resurslarını almağa davam edir. NATO üzvü olan digər Avropa ölkələri tədarükü azaltsalar da, Rusiya neftindən hələ də ciddi şəkildə asılıdırlar. Bu səbəbdən ABŞ administrasiyası Trampın vəd etdiyi ciddi sanksiyalardan geri çəkilib”.
Qeyd edək ki, Tramp Rusiyaya sanksiya şərti kimi NATO ölkələrinin Rusiyadan neft alışını dayandırması və Çinə əlavə rüsumlar tətbiq etməsini irəli sürüb.