Yuxarı

Mütəllibovun sabiq mətbuat katibi vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, o, sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

R.Ağayev uzun illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı, sonra rus dilində yayım redaksiyasının rəhbəri, “Novosti” mətbuat agentliyinin “Trud” qəzetinin xüsusi müxbiri olub, Liviya və Suriyada sovet jurnalisti kimi fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan KP MK birinci katibinin köməkçisi, sonra isə MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

Rasim Ağayev bu gün Buzovna qəbiristanlığında dəfn olunacaq.

Tarix
2025.09.14 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qırmızı Bazar qəsəbəsində oldu

İlham Əliyev Sos kəndində oldu

Soyqırımdan və Ağrı dağdan imtina - Paşinyan mesaj verdi

İlham Əliyev Hadrutda məscidin açılışında iştirak etdi

İlham Əliyev Hadruta getdi - Foto

İlham Əliyev Füzulidə bu kəndin təməlini qoydu

Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzaladı

Türkiyənin bu şəhəri Bakı ilə qardaşlaşır

Rusiya S-400-ləri Türkiyədən geri alır?

Ceyhun Bayramov Qətərə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla