Yuxarı

Bakı etiraz etmişdi, Mirzoyan AB səfirləri ilə müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı etiraz etmişdi, Mirzoyan AB səfirləri ilə müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Birliyi və quruma üzv dövlətlərin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı 2025-ci ildə Ermənistan–AB tərəfdaşlığının inkişafı istiqamətində əldə olunmuş mühüm nəticələr və müsbət dinamika məmnunluqla qeyd edilib, həmçinin 2026-cı il üçün nəzərdə tutulan prioritet addımlar və planlar ətrafında fikir mübadiləsi aparılıb.

A.Mirzoyan Ermənistan-AB münasibətlərində son inkişaflara toxunaraq bildirib ki, təxminən 10 gün əvvəl Brüsseldə Ermənistan-AB tərəfdaşlığının yeni strateji gündəliyi qəbul olunub.

Onun sözlərinə görə, bu sənəd ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətləri təsbit etməklə yanaşı, gələcəkdə əməkdaşlığın daha da dərinləşdiriləcəyi əsas istiqamətləri müəyyənləşdirir.

A.Mirzoyan görüşdə regional son proseslər, o cümlədən Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə də məlumat verib.

Qeyd edək ki, Azərbaycan XİN Avropa Birliyi ilə Ermənistan arasında imzalanmış "Avropa Birliyi-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədini sülh gündəliyinə zidd adlandırıb.

Tarix
2025.12.13 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla