Yuxarı

Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Xarkov vilayətinin Kupyansk şəhəri tamamilə azad edilib. Hazırda orada yalnız mühasirəyə alınmış rus işğalçıların yerləşdiyi bir neçə kiçik qrup qalıb.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert İvan Timoçko məlumat yayıb.

“İşğalçıların niyə hələ də ayrı-ayrı kiçik qrupları qalır? Çünki onları Ukraynanın Müdafiə Qüvvələri üçün minimum itkilərlə məhv etmək lazımdır. Məhvetmə prosesi mərhələli şəkildə aparılır. Həmişə düşməni elə bir səviyyəyədək zəiflətmək daha məqsədəuyğundur ki, o, müqavimət göstərmək imkanını itirsin. Bundan sonra onun tam məhv edilməsi həyata keçirilir, lakin bu proses həmişə vaxt tələb edir”, – deyə ekspert bildirib.

Timoçko vurğulayıb ki, ruslar ümid etdikləri nəticələrə nail ola bilməyiblər.

Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri işğalçıları blokadada saxlayır və onların mühasirədən çıxmasına imkan vermirlər.

Tarix
2026.01.25 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla