Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
00:09
| Ana səhifə Hadisə |
|
Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.
1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.
Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.02.21 / 22:51
|
Müəllif
Axar.az
|