İrandan Trampa: Edam hökmü yoxdur!
23:01
| Ana səhifə Toplum |
|
Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.
Axar.az Lent.az-a istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusif Bakan olub.
Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Məsud Altıok adlı alıcıya satılıb.
Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Məsud Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq, bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.
|
Tarix
2026.04.21 / 21:36
|
Müəllif
Axar.az
|