Yuxarı

Solovyov Melonidən qisas alır, şəxsi zəmində...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov Melonidən qisas alır, şəxsi zəmində...

Kremlin ən qatı təbliğatçısı, rusiyalı aparıcı Vladimir Solovyovun İtaliyadakı malikanələri yenidən gündəm olub.

Axar.az xəbər verir ki, buna səbəb Solovyovun bir neçə gün öncə İtaliya Baş naziri Corciya Melonini təhqir etməsidir. Bəzi ekspertlər Solovyovun bu təhqirlərini şəxsi qisasçılıq hissi ilə əlaqələndirir.

Belə ki, aparıcının İtaliyada 5 villasının olduğu bildirilir. Bu malikanələrdən biri onun anası İrina Solovyovanın adına qeydiyyatdadır. Komo yaxınlığında 3 ev tam olaraq Solovyova məxsusdur, bir ev isə qismən ona məxsusdur, anası da başqa bir evə sahibdir.

Lakin yeni məlumatlara əsasən, İrina Solovyovanın bir deyil, iki villası var, ikincisi də Komoda yerləşir. Kreml təbliğatçısının İtaliyada “Maybach” avtomobilinə də sahib olduğu iddia edilir.

Solovyovun Komo gölü ətrafında yerləşən və təmirdə olan villasına naməlum şəxslər yanan təkər atmaqla hücum etmişdilər, lakin İtaliya polisi əmlaka ciddi ziyan dəymədiyini və araşdırma aparıldığını bildirmişdi. Eyni zamanda, 2022-ci ildə Solovyovun Pianello del Lariodakı başqa bir evinə də girməyə cəhd olunmuşdu. Sözügedən malikanənin divar və darvazalarında qırmızı boya, eləcə də “Qatil”, “Müharibəyə yox” sözləri yazılmışıdı. Elə həmin ilin mart ayında İtaliya hakimiyyəti Solovyovun Komo gölündəki ümumi dəyəri 8 milyon avro olan iki villasını müsadirə etdi. Buna səbəb isə Ukraynada müharibə başladıqdan sonra onun AB, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya, Yaponiya və digər ölkələr tərəfindən sanksiyalara məruz qalmasıdır.

İtaliyanın bu addımlarından sonra Solovyov Romaya, xüsusilə də ölkə rəhbərliyinə qarşı mütəmadi hücuma keçir.

Tarix
2026.04.23 / 13:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla