Yuxarı

"Cəhənnəm Necati"nin adamları saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Cəhənnəm Necati"nin adamları saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanları cinayətkar aləmdə "Köln atası" və "Cəhənnəm Necati" ləqəbləri ilə tanınan Coşqun Necati Arabacının rəhbərlik etdiyi dəstənin Almaniya, Braziliya və İspaniyada narkotik qaçaqmalçılığında iştirak etdiyini müəyyənləşdirib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, "Cəhənnəm Necati"nin rəhbər olduğu qruplaşmanın üzvləri narkotik qaçaqmalçılığından qaynaqlanan mübahisələrdə işgəncə və qəsdən adam öldürmə kimi cinayətlərdə də iştirak ediblər.

Dəstə üçün müntəzəm olaraq pul toplayan və bu vəsaitləri qruplaşmanın fəaliyyətləri üçün istifadə edən şübhəliləri müəyyənləşdirdikdən sonra İstanbul, İzmir və Tuncelidə eyni vaxtda əməliyyatlar keçirilib.

Əməliyyat zamanı 5 şübhəli şəxs saxlanılıb və cinayət yolu ilə əldə olunduğu bildirilən 22 əmlak, 7 nəqliyyat vasitəsi və 8 şirkətdəki səhmlər də daxil olmaqla təxminən 780 milyon türk lirəsi (təxminən 29.4 milyon manat) dəyərində aktivlər müsadirə edilib.

Şübhəli şəxslər dindirilmək üçün polis bölməsinə aparılıblar.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərində saxlanılan Arabacı ilə bağlı ötən ilin noyabrında maraqlı hüquqi proses başa çatıb.

Tarix
2026.05.01 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Xankəndidə Zəfər Parkında - Video

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Azərbaycan regionda hərbi əməliyyatlar fonunda...

Sərəncam: Bu sistemlər yenilənir, onlar üçün evlər tikilir

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla