Yuxarı

Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir qəpik də ödəmədən 117 min kv.metrlik torpaq aldı - Foto

İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü “kral” elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində “sahibsiz” kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikdə 117 min kvadratmetrlik ərazini əldə edib. Qanuna əsasən, belə torpaqlar üçün sadəcə rəsmi müraciət kifayət edir.

Onun nəzarətinə keçən ərazilər arasında yaşayış zonalarında istifadə olunan yollar da var. Bu isə yerli sakinlər və bələdiyyələr üçün ciddi problemlər yaradıb. Bildirilir ki, Lauviner həmin yolları istifadə edənlərdən “xidmət haqqı” tələb etməyə başlayıb.

Özünü “kral” kimi təqdim edən şəxs bu prosesi “qan tökmədən aparılan əməliyyat” adlandırıb. O, həmçinin ərazilər üzərində əlavə tikinti və keçid hüquqları üçün də ödəniş tələb edir.

Hadisə ölkədə böyük narazılığa səbəb olub. Yerli rəsmilər bu addımı qanunların sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün yeni qaydalar hazırlanır.

Tarix
2026.05.01 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla