Yuxarı

Rusiyada miqrantları vəhşicəsinə döyüb, güllələdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada miqrantları vəhşicəsinə döyüb, güllələdilər

Orenburq şəhərinin Dzerjinski Rayon Məhkəməsi əcnəbilərə hücum edən bir qrup yeniyetməyə hökm oxuyub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.

Ümumilikdə, 15-17 yaş arası yetkinlik yaşına çatmayanlar iki maddə ilə ittiham olunurlar. Birinci halda gənclər sui-qəsd hazırlayıb, rollar təyin ediblər və şəhər küçələrinə çıxıblar. Orada miqrantları tapıblar və say üstünlüyündən istifadə edərək onları yumruqlayıblar. Nəticədə beş nəfər yaralanıb.

Bir neçə gün sonra gənclər yenidən dörd əcnəbini görüb və təqib ediblər. Yeniyetmələrdən birinin tapançası olub və silahdan bir neçə dəfə atəş açaraq kişini çiynindən yaralayıb.

Miqrantlar yataqxana binasının içərisində gizlənməyi bacarıblar, lakin yeniyetmələrdən biri şüşə qapını təpiklə çıxarıb. Daha sonra gənclər qaçıblar.

Məktəblilərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə təqsirləndirilən şəxsləri 1 il 2 aydan 2 il 6 aya qədər həbs cəzasına məhkum edib və bu müddətdə onlar yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində cəza çəkəcəklər.

Tarix
2026.06.02 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla