Bakıda kişi evində ölü tapıldı
11:18
| Ana səhifə Planet |
|
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 223 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Moskva vilayəti, Krım, Tatarıstan və digər bölgələr, eləcə də Azov dənizi üzərində vurulub.
Bildirilib ki, gecə baş verən hücumlar nəticəsində Krımda 1 nəfər ölüb, 4 nəfər, o cümlədən 2 uşaq yaralanıb. Voronej vilayətində də xəsarət alanların olduğu, Tula şəhərində dron qalıqlarının çoxmərtəbəli binanın eyvanına düşdüyü, Ulyanovsk vilayətində isə yanacaq-enerji kompleksinə aid obyektin hücuma məruz qaldığı qeyd edilib.
|
Tarix
2026.07.23 / 10:29
|
Müəllif
Aysel Baxşiyeva
|